Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Oktyabr 2018


...Xaç əvəzinə boynunda portret gəzdirirdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur yazıçılar haqqında saysız-hesabsız informasiya toplamaq olar – necə yaşayıblar, ölümsüz əsərlərini necə yaradıblar, nə fikirləşiblər, hansı kitabları oxuyublar... Ancaq bəzən çox yaxşı tanıdığımız insana tamam başqa, yeni nəzərlərlə baxa bilmək üçün maraqlı, yaxud hətta pərtedici də olsa, gözlənilməz təfərrüatlı bircə ibarə də kifayətdir.​

Corc Bayron

Corc Bayron: "Bütün 24 saatın hamısını dahi ola bilmirəm, üzümü qırxmağa vaxt qalmır". Böyük şair axsaq və köklüyə meyilli idi, maniakal-depressiv psixozdan əziyyət çəkirdi, bununla yanaşı məhəbbətlə, sevgi ilə dolu bir insan idi – bəzi məlumatlara görə, bir il ərzində Venetsiyada 250 xanımı xoşbəxt etmişdi. Bayronun çox qəribə bir kollekssiyası var idi – sevgilisi olmuş qadınların alın hissəsindən kəsilmiş saçlardan ibarət kolleksiya...

Çarlz Dikkens

Çarlz Dikkens: "Odlu şamın ətrafında həmişə mığmığa və cücülər dolanır, ancaq məgər bunun günahı şamdadır?"

Dikkens hipnozla maraqlanırdı. O zaman buna mesmerizm də deyirdilər. Onun ən çox sevdiyi əyləncələrdən biri Paris morquna getmək idi. Burada tanınmayan cəsədlər saxlanılırdı. Çarlz Dikkens yatanda həmişə başını şimala sarı qoyurdu. Oturanda da elə otururdu ki, üzü şimala baxsın.

Оskar Uayld

Oskard Uayld: "Mən heç nə haqqında danışmağı xoşlayıram – bu mənim başım çıxan yeganə şeydir".

Uayld çox özünəməxsus və ekstravaqant şəxsiyyət idi. Hətta bir dəfə sodomiyada (heyvanla cinsi əlaqə - tərc.) təqsirləndirilərək iki il həbs cəzasına məhkum edilmişdi. Ancaq bu, Oksford universitetini əla qiymətlərlə bitirməsinə mane olmamışdı. Həyatının sonuna yaxın adını dəyişərək Sebastyan Melmot qoymuşdu.

Ernest Heminquey

Ernest Heminquey: "Əsil cəsurlara duelə çıxmaq gərək deyil, ancaq qorxaqların çoxu özlərini cəsur olduqlarına inandırmaq üçün həmişə buna gedirlər".

Heminquey peyrafobiyadan (ictimaiyyət qarşısında çıxış etməkdən) əziyyət çəkirdi, bundan başqa o, ən səmimi oxucu və pərəstişkarların da, yaxın dostlarının da tərifli sözlərinə inanmırdı. Yazıçı beş müharibədən, dörd avtomobil, iki təyyarə qəzasından keçmişdi. O, FB-nin (Federal Büro) onu izləməsindən tez-tez və həvəslə danışardı. Həmsöhbətləri istehza ilə gülümsəyərdilər. Ancaq sonralar məlum oldu ki, o, düz deyirmiş. İndi üzə çıxarılmış məxfi sənədlər göstərir ki, yazıçı həqiqətən də təqib olunurmuş və bu, paranoyya (ruhi xəstəlik) əlaməti deyilmiş.

Lüis Kerroll

Lüis Kerroll: "Dünyamızda dəlilər var".

Kerroll gündəliyində həmişə hansısa günahını etiraf edirdi. Ancaq yazıçının obrazını ləkələməmək üçün gündəliyinin bu səhifələri ailəsi tərəfindən məhv edilib. Kerrollun tədqiqatçılarından biri həqiqətən belə hesab edir ki, "İçalatı çölə tökən Cek" məhz Kerroll olub. Məlum olduğu kimi, bu cani ələ keçməyib. Kerrol bataqlıq qızdırmasından, sistit, lümbaqo (bel ağrısı – tərc.), ekzema, furunkulyoz (çoxlu çiban çıxarma – tərc.), artrit, plevrit, revmatizm, yuxusuzluq və bir yığın müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Bütün bunlardan əlavə onun, demək olar ki, fasiləsiz və çox güclü baş ağrılaı olurdu. Kerroll üçtəkərli velosiped, ad və tarixləri yadda saxlamaq üçün mnemonik (hafizəni möhkəmlətmə və mükəmməlləşdirmə üsulları – tərc.) sistem və elektrik qələm ixtira etmişdi.

Frans Kafka

Frans Kafka: "Hər şeydən daha az yalan danışmaq üçün səbəb olanda deyil, hər şeydən daha az yalan danışanda hər şeydən daha az yalan danışırlar".

Klerk (Qərbi Avropanın bəzi ölkələrində kontor xidmətçisi – tərc.) işləyib. Müasir təsəvvürlərlə tipik uğursuz ofis planktonu (suda yaşayan və ancaq su cərəyanı qüvvəsi ilə hərəkət edən bitki və ya heyvan orqanizmləri – tərc.) olub. Frans Kafka qəssab və vegetarianın nəvəsi idi. Bütün ömrü boyu ictimaiyyətə məlum olmayan bir neçə hekayəsini dərc etdirə bilib. Ölümündən əvvəl qəyyumu Maks Broda vəsiyyət edib ki, onun bütün əlyazmalarını məhv etsin. Ancaq Frans Kafka mərhumun vəsiyyətinə əməl etmir və Frans Kafka dünya şöhrətli yazıçı olur. Ölümündən sonra.

Uilyam Şekspir

Uilyam Şekspir: "Başqalarının günahlarını mühakimə etməyə ciddi-cəhdlə can atırsınız, özünüzünkülərdən başlasanız başqalarınınkılara gedib çatmazsınız".

Bir versiyaya görə, Uilyam Şekspir eyni gündə anadan olub və ölüb – 23 apreldə. Müasirləri deyirdilər ki, o, brakonyerliklə məşğul olurmuş – ser Tomas Lüsinin torpaqlarında maral ovlayırmış. Yazıçının şərəfinə Merkuridəki kraterlərdən biri Şekspir adlandırılıb.

Lev Tolstoy

Lev Tolstoy: "İnsanlar çox vaxt vicdanlarının təmiz olması ilə ona görə fəxr edirlər ki, çox qısa yaddaşları var".

Sofya Bers ilə zifaf gecəsi 34 yaşlı Lev Nikolayeviç Tolstoy 18 yaşlı yenicə gül açmış arvadını məcbur edir ki, gündəliyinin ayrı-ayrı qadınlarla (təhkimli kəndli qadınlardan başqa) aşiqanə macəralarından ətraflı bəhs edən səhifələrini oxusun. Tolstoy istəyirdi ki, gələcək arvadı ilə aralarında heç bir sirr olmasın. Tolstoy öz romanlarına, o cümlədən "Hərb və sülh"ə şəkk-şübhə ilə yanaşırdı. 1871-ci ildə o, Fetə məktub göndərir: "Mən necə də xoşbəxtəm... ki, bir daha heç vaxt "Hərb" kimi şöhrət qazanmış cəfəngiyat yazmayacağam". Yazıçı paltarın altından asılan xaç əvəzinə boynunda fransız maarifçisi J.J.Russonun portretini gəzdirirdi.

Aqata Kristi

Aqata Kristi: "Söhbət – insanların düşünməyinə mane olmaq üçün icad olunub".

Birinci dünya savaşı zamanı hərbi qospitalda tibb bacısı olub, sonra isə aptekdə işləyib. Ona görə də zəhərdən yaxşı başı çıxırdı, kitablarında baş verən qətllərin əksəriyyəti də məhz zəhərlənmə yolu ilə həyata keçirilmişdi. Aqata Kristi disqrafiyadan əziyyət çəkirdi, yəni, demək olar ki, əli qələm tutmurdu. Romanlarının hamısını diktə etmişdi. Aqata Kristinin tanışı Brayan Aldiss bir dəfə danışırdı: "O, kitabı sonuncu fəslə qədər yazıb qurtarırdı, sonra şübhə doğuranlardan ən az ağlabatanını seçirdi və "məhz onu günahkar etmək üçün" əvvələ qayıdaraq bəzi məqamları yenidən işləyirdi".

Anton Çexov

Аnton Çexov: "Bir-birimiz haqqında ilk təəssürata və yaxud iki-üç əlamətə əsasən mühakimə yürüdə bilək deyə, hər birimizdə həddindən artıq vint, çarx və klapanlarımız var".

Çexov fahişəxanaları gəzməyin böyük həvəskarı idi. Yad şəhərə düşən kimi ilk işi oranı bu nöqteyi-nəzərdən araşdırmaq olurdu. O, çox böyük şövqlə poçt markaları toplayırdı, həm də bu işi ömrünün sonunadək davam etdirdi. Anton Çexov Çaykovski ilə dost idi və hətta "Buludlu səhər" hekayələrini ona həsr etmişdi. Ədəbiyyatdan zəif olduğu üçün 3-cü sinifdə qalmışdı. Çexov yazmağa oturanda qonaqlıq kostyumu geyinərdi.

Artur Konan Doyl

Artur Konan Doyl: "Həddindən artıq göz önündə olan faktdan daha aldadıcı heç nə yoxdur".

Şerlok Holmsın yaradıcısı okkultist (bəzi mistik təlimləri icra edən – tərc.) idi və balaca qanadlı pərilərin mövcudluğuna inanırdı. Yazıçı Şerlok Holms haqqındakı hekayələrində kriminalistikanın hələ polisə məlum olmayan bir çox metodlarını təsvir etmişdi. Onlarıın arasında siqaret kötükləri və külünün toplanması, yazı makinalarının eyniləşdirilməsi, hadisə yerindəki izlərin lupa ilə araşdırılması da var idi. Sonralar polisllər Holmsın bu və digər metodlarından geniş istifadə etməyə başladılar. Artur Konan Doylun Bernard Şou ilə çox gərgin münasibələri var idi. Bernard Şou bir dəfə Şerlok Holms haqqında demişdi: "Bir dənə də olsun yaxşı keyfiyyəti olmayan narkoman".

Dul qalmış arvadının xahişi ilə Arturun qəbirüstü daşına cəngavər şüarı həkk olunub: Steel True, Blade Straight ("Polad kimi sədaqətli, tiyə kimi dümdüzdür").

Tarix
2014.06.13 / 09:34
Müəllif
Əminə Xatun
Şərhlər
Загрузка...
Digər xəbərlər

“Disney” filmləri uşaqlara ziyan vurur

Multikulturalizmin Azərbaycan modeli: təqdimat - Foto

Melaniyadan "Trampı sevirsiniz?" sualına maraqlı cavab

Gülay Zeynallıya ağır itki üz verdi

Həbib azərbaycanlı müğənniyə hədiyyə göndərdi - Video

TV-mizdə problem: Onlar göbəklərini özləri kəsirlər

Komitə müraciət etdi, AMEA 319 kitab verdi

“Virtual Qarabağ”: portalın yeni versiyası təqdim edildi - Foto

Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi

İmperiya idarə edən azərbaycanlı Aristotel - Tarix

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla