Yuxarı

Sudan diplomatı Bilik Fondunda - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 9-da Sudan Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Məhəmməd Elballa Osman Məhamməd Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.

Bilik Fondundan Kult.az-a daxil olan məlumata görə, Fondun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları ilə keçirilən görüşdə iki ölkənin dövləti və xalqlar arasında maarifləndirmə istiqamətində əlaqələrin genişlənməsinə xidmət edə biləcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bilik Fondunun fəaliyyəti barədə ətraflı məlumat verən icraçı direktor rəhbərlik etdiyi qurumun, xüsusən, beynəlxalq səviyyədə gördüyü işlərə diqqət çəkib, Fondun təşkilatçılığı ilə müxtəlif ölkələrin təmsilçiləri olan elm adamlarının cəlb olunduqları layihələrin mahiyyətindən danışıb.
O.Səmədov Bilik Fondunun "Səfir saatı" klubu çərçivəsində diplomatlarla gənclərin mütamadi görüşlərinin keçirildiyini xatırladaraq, sudanlı diplomatı kluba üzv olmağa dəvət edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla 2017-ci ilin ölkədə "İslam Həmrəyli İli" elan edildiyini deyən icraçı direktor məhz bu ilin işığında birgə tədbirlərlə bağlı təkliflər səsləndirərək bildirib ki, Fond Sudanın elm və incəsənət xadimlərinin Azərbaycanın müxtəlif bölgələrində görüşlərini, mühazirələrini təşkil edə, tələbələrin, ölkəmiz barədə daha dolğun bilgilər almaları üçün tədbirlər hazırlaya, hər iki ölkənin gəncləri arasında informasiya mübadiləsi yarada, diplomat xanımların klubuna sudanlı diplomatların xanımlarını üzv yaza bilər.
Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Məhəmməd Elballa Bilik Fonduna dəvət olunduğuna və ətraflı məlumata görə minnətdarlığını bildirib.

Azərbaycanın bütün sahələrdə, xüsusən elm, təhsil sahəsində sürətlə inkişafından söz açan diplomat beynəlxalq konfranslara ev sahibliyi etməsini ölkənin dünyada artan nüfuzu ilə əlaqələndirib.

Məhəmməd Elballa deyib ki, Sudan Azərbaycanı həm BMT-də, həm də Avropa Şurası Parlament Assambleyasında daim dəstəkləyir, Qarabağ münaqişəsi mövzuzunda birmənalı ölkəmizin yanında olduğunu bəyan edir.

Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Bilik Fondu rəhbərliyinin təkliflərindən məmnun qaldığını və birgə tədbirlərin keçirilməsinə hazır oldqularını bildirib.

Elballa Sudanda qadınlarla və gənclərlə bağlı müxtəlif səviyyəli qurumların fəaliyyət göstərdiklərini önə çəkərək, bu istiqamətdə daha geniş layihələrin həyata keçirilməsinin mümkünlüyünü dilə gətirib.

Sudan Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkilinə Bilik Fondunun hədiyyəsi təqdim olunub və Məhəmməd Elballa Fondun xatirə kitabına ürək sözlərini yazıb.

Tarix
2017.10.10 / 01:18
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla