Yuxarı

Aktyor Fikrət Quliyevdən qara xəbər var

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan kinosunun 115 illik tarixində yüzlərlə film çəkilib. Ancaq yaddaşlardan uzaqda qalan filmlərimiz də az deyil. Onlardan biri də 1972-ci ildə Şamil Mahmudbəyovun lentə aldığı "Həyat bizi sınayır" filmidir.

Axar.az xəbər verir ki, filmin ssenari müəllifi Vidadi Babanlı və Mixail Papova, operatoru isə Arif Nərimanbəyovdur. Filmə musiqisini Vasif Adıgözəlov bəstələyib. Rollarda Şahmar Ələkbərov, Xuraman Qasımova, Eldəniz Zeynalov, Amaliya Pənahova kimi tanınmış və istedadlı aktyorlar çəkilib. Ancaq baş rolun ifaçısı gənc və sənətdə ilk addımlarını atan aktyor Fikrət Quliyev olub.

Uzun axtarışdan sonra aktyorun vəfat etdiyini öyrəndik. Çox təəssüf ki, incəsənət adamlarından kimsənin onun haqqında dəqiq məlumatı yoxdur. Təsadüf nəticəsində aktyor və rejissor Əbdül Mahmudovun aktyorun müəllimi olduğunu öyrəndik.

Adil İsgəndərov Fikrəti bu rola uyğun hesab etdi

Əbdül müəllim aktyorun kinoya gəlməsini Adil İsgəndərovun milli kadrların yetişməsi üçün yaratdığı aktyor kursunun xidməti hesab eləyir:

- Adil müəllim 1965-ci ildə kinostudiyanın nəzdində kino-aktyor kursu açdı. Məni də kursda dərs deməyə dəvət etdi. O kursdan Alı Mustafayev, Puad Poladov, Vaqif Mustafayev kimi aktyorlar çıxdılar. Onlardan biri də Fikrət Quliyev idi. Kursda praktikayla bərabər, nəzəri biliklər də öyrədilirdi. Adil müəllim rəsmi qərar vermişdi ki, kursda oxuyan ən istedadlı tələbələri seçib qrupda saxlayaq və çəkilişlər zamanı yaradıcı heyətlə işləyib formalaşsınlar. Yeni ssenarilər oxunanda, aktyor seçimi olanda həmin gənclər də diqqətdən kənarda qalmırdı. "Həyat bizi sınayır" filmi çəkiləndə Adil müəllim qərar verdi ki, Fikrət bu rolda çəkilsin.

Bir necə dil bilən yeganə tələbə

Əbdül müəllim Fikrətin yaddaqalan tələbələrindən biri olduğunu deyir:

- Fikrət - əsli İçərişəhərdən olan zadəgan Quliyevlər ailəsindən idi. Çox savadlı, intellektual səviyyəli, tərbiyəli, mədəni, bir necə dil bilən yeganə tələbəydi.

Maşın qəzası karyerasına son qoyub

Maraqlıdır ki, Fikrət Quliyev sonralar aktyorluq sənətini davam etdirməyib. Öyrəndik ki, gənc aktyor "Həyat bizi sınayır" filmindən təxminən 2-3 il sonra maşın qəzasına düşüb. Əlində, ayağında, qabırğasında qüsurlar qaldığına görə filmlərə çəkilə bilməyib - yalnız 2-3 epizodik roldan başqa. Sonra isə kinostudiyada kino-aktyor studiyasında assistent işləməyə başlayıb. Az sonra o vaxtkı Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) rektoru Aslan Aslanov onu müəllim işləməyə dəvət edib.

Müəmmalı ölüm

- Yadımdadı, mən o vaxt Moskvada idim. Təhsil alırdım. Bakıya qayıdanda eşitdim ki, Fikrət vəfat edib. Onu da deyim ki, Fikrətin ailəsi çox tez dağıldı. Valideynləri erkən rəhmətə getdi, sonra da yeganə bacısı...

Əbdül Mahmudov deyir. Sonralar o, Avropa ölkələrindən birinə köçüb, elə orda da 35 yaşında vəfat etib. Çox təəssüf ki, heç Kinostudiyadan da onun taleyi haqqında maraqlanan olmayıb. İndi isə aktyorun qəbrinin harda olduğunu belə bilən yoxdur.

Tarix
2013.10.16 / 11:23
Müəllif
Türkan Zamanova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla