Ana səhifə Kult |
Dünyadakı ən bahalı evlərin siyahısı hazırlanıb.
Kult.az xəbər verir ki, siyahıda prezident, iş adamı, transmilli kooprerasiya rəhbərlərinin mülkləri yer alıb.
Siyahını təqdim edirik.
10) Onluqdakı sonuncu yeri Ukraynanın ikinci prezidenti - Leonid Daniloviç Kuçmanın qızı Olena Pinçuka aid Londondakı ev tutur. Evin qiyməti 128 milyon dollardır.
9) Doqquzuncu yerdə Çelsi futbol klubunun rəhbəri, rus milyarder Roman Abramoviçin Londondakı malikanəsidir. Malikanə 140 milyon dollar dəyərindədir.
8) Siyahının səkkizinci bahalı evi Yelloustone Golf Birliyininin rəhbərləri Edra və Timə aiddir. Evin qiyməti 155 milyon dollardır.
7) Yeddinci yerdə məşhur “Xaç atası” filminin çəkildiyi “Herst qalası”dır. Hal-hazırda malikanəyə amerikalı biznezmen, siyasətçi, “Hearst Communications” adlı ən böyük milli qəzet və media şirkətinin əsasını qoymuş qəzet naşiri Uilyam Rendolf Herstin varisləri sahiblik edir. Qiyməti 191 milyon dollardır. Qeyd edək ki, vaxtilə bu evdə Böyük Britaniyanın baş naziri Uinston Çörçill yaşayıb.
6) Altıncı yerdə Kaliforniyada 23 hektarlıq ərazidə yerləşən, dünyanın milyarderlər siyahısının üçüncüsü Larri Ellisona aid malikanədir. Qiyməti 200 milyon dollardır.
5) Dünyanın ən böyük polad istehsalçısı “Arkelor Mittal”ın sahibi Lakşmi Mittalın Londondakı evi siyahıda beşinci yerdədir. Qiyməti 222 milyon dollardır.
4) Nyu Yorkda 63 hektarlıq ərazidə yerləşən və qiyməti 248.5 milyon dollar olan malikanə dördüncü yerdədir. Bu malikanə məşhur milyarder İra Rennertə aiddir.
3) Üçüncü yerdəki evin dəyəri 750 milyon dollardır. Sahibi Lili Safra olan bu ev Fransada yerləşir.
2) Dünyanın ən zəngin adamlarından biri hindistanlı Mukeş Ambani bu il hesabında 23.6 milyard dollar olduğunu açıqladı. Onun Hindistandakı 27 mərtəbəli evi siyahıda ikinci yerdədir və qiyməti 1 milyard dollardır.
1)Dünyanın ən bahalı malikanəsi 1.55 milyard dollar olan Bukingem Sarayıdır. Bu saray — britaniya monarxlarının Londondakı rəsmi iqamətgahıdır. Hazırda sarayın sahibi kraliça II Elizabetdir.
Tarix
2017.10.18 / 01:30
|
Müəllif
Ömər Xəyyam
|