Yuxarı

Professor institutu tənqid etdi: Özü əməl etmirsə...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

KİV-də ədəbi dil normalarının pozulmasına görə cərimə tətbiq olunması düzgün yanaşma deyil.

Bu sözləri Kult.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli söyləyib. Onun sözlərinə görə, Dilçilik İnstitutu bu məsələdə yanlışlığa yol verir:

“Azərbaycan kimi keçid dövrünü yaşayan və dil daşıyıcılarının bir çoxunun dilin statusu ilə bağlı aydın təsəvvürlərinin olmadığı bir ölkədə cərimə tətbiq etmək həm səmərə verməyəcək, həm də bunun dilin inkişafına heç bir təsiri olmayacaq. Son dövrlərdə televiziya və radiolarda ciddi formada maarifləndirmə işi aparıldığını düşünmürəm. Ölkədə “Dil haqqında qanun”, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı olsa da, bunların reallaşdırılması lazımı səviyyədə deyil. Düşüncə, ideya gözəldir, amma onun həyata keçirilməsi yox. Məsələn, tutaq ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunda “qaynar xətt” fəaliyyət göstərir. Bu “qaynar xətt” nə dərəcədə təbliğ olunur? Ona nə qədər adam müraciət edir? Hansı mövzularda müraciətlər çox olur? Bununla bağlı hansı televiziyalarda veriliş efirə gedib? İnsanların bu “qaynar xətt”ə zəng edib sözləri öyrənməsi üçün hansı maarifçilik işləri aparılıb? Düşünürəm ki, bu məsələ ilə bağlı müvafiq idarə və strukturlara təlimatlar verilməlidir”.

Ekspertin sözlərinə görə, dil normalarının pozulması hallarında cərimə tətbiq olunması məsələsi insanların dilə olan münasibətinin dəyişməsinə gətirib çıxara bilər:

“Küçə adları, reklamlar, afişalarla bağlı monitorinqlər aparılsa da, onların nəticəsi cəmiyyətin məhsuluna çevrilmir. Sözügedən müzakirələrdən sonra paytaxtda və bölgələrdə hər hansı bir tədbir keçirilmir. Ona görə də bu təkliflər səmərəsiz olmaqla yanaşı, bir çox adamın dilə münasibətinin dəyişməsinə gətirib çıxara bilər.

Ölkədə dilə sevgi, məhəbbət olmasa, dil daşıyıcısı bu dilin onun mənəviyyatını ifadə etdiyini düşünməsə, çox çətin olacaq. Təkcə televiziya və radiolar yox, hər bir idarə, struktur dili düzgün formada işlətməlidir. Əgər hansısa qurum özü bu qaydalara əməl etmirsə, başqasını necə cərimələyəcək? Hesab edirəm ki, bütün bunlar vəziyyəti bir az da mürəkkəbləşdirə bilər.

Vətəndaşlar dilin qorunması məsələsinin vacibliyini nə vaxt başa düşsələr, o zaman normalara əməl edəcəklər. Bu proses reallıqda müşahidə olunmasa, dilə biganəlik yaranacaq. Bax əvvəlcə bu problemləri həll etmək lazımdır”.

Q.Məhərrəmli bildirib ki, Azərbaycan dilinin öyrədilməsi məsələsi bu gün yetərli səviyyədə deyil:

“Hansı televiziya, sayt Azərbaycan dili haqqında proqram aparır və orada öyrədici məqamlar var? Rusiya, İngiltərə, Yaponiya, ABŞ və s. ölkələrdəki kimi dil öyrədilirmi? Əvvəlcə bu dili vətəndaşlara öyrətmək, bu dilin qayğısına qalmaq, məktəblərdə bu fənni yaxşı tədris etmək lazımdır.

Bu gün dilimizin orfoqrafiya və orfoepiyasında da müəyyən problemlər var. Buna görə də əvvəlcə Türkiyə və Gürcüstanda olduğu kimi, dil problemləri ilə məşğul olan qurum yaradılmalıdır. Bütün bu problemləri həll edəndən sonra cərimələrin tətbiq olunması məqsədəuyğun olardı. Amma indiki şəraitdə belə bir addımın atılması yanlışdır.

Dilçilik İnstitutu elmi müəssisədir. Bu institutun Monitorinq şöbəsi konkret olaraq dilin qloballaşma şəraitində işlədilməsi ilə bağlı monitorinqlər həyata keçirir, amma onların statusu bəlli bir yerə qədərdir. Həmin bu qurum göstəriş yox, yalnız tövsiyə verə bilər”.

Məsələ ilə bağlı danışan hüquqşünas Fərhad Mehdiyev isə bildirib ki, dil normalarının pozulmasına görə cərimələrin tətbiq olunması yalnız o halda mümkündür ki, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı müvafiq maddə əlavə olunsun.

Qeyd edək ki, bundan öncə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva televiziya-radio proqramları, reklam çarxları və reklam lövhələrində ədəbi dil normalarının pozulmasının qarşısını almaq üçün yeni layihə hazırladıqlarını bildirib. Layihə Milli Məclisdə qəbul olunarsa, sözügedən cərimələr yalnız hüquqi şəxslərə tətbiq olunacaq.

Tarix
2017.10.19 / 08:15
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla