Yuxarı

Sayalı Sadıqovanın açıqlamasına - Münasibət

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sayalı Sadıqovanın indi təklif etdiyi bir neçə sözü mən 2004-cü ildə tərtib etdiyimiz Orfoqrafiya lüğətinə daxil etmişəm. Elə dildə artıq vətəndaşlıq hüququ qazanan “yükləyici” sözü də Orfoqrafiya lüğətində var.

Bu sözləri Kult.az-a filologiya elmləri doktoru, professor, AMEA Dilçilik İnstitutunun Tətbiqi Dilşilik şöbəsinin rəhbəri İsmayıl Məmmədov Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru Sayalı Sadıqovanın bəzi alınma sözlərin qarşılığı kimi səsləndirdiyi təkliflərə münasibət bildirərkən deyib.

Professor bildirib ki, Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın təklif etdiyi sözlərin əksəriyyəti çoxdan lüğətə salınıb:

“Biz “mesaj” sözünün vətəndaşlıq qazandığını nəzərə alaraq, “ismarış” sözünün təxminən sinonimi kimi çoxdan lüğət fonduna daxil etmişik”.

Professor qeyd edib ki, dilə yeni gələn sözlərlə bağlı təkliflərin vaxtaşırı olaraq verilməsi çox vacib və gərəkli işdir:

“Ancaq məhz yeni gələn sözlə bağlı - əgər dildə qarşılığı varsa, onu tövsiyə etmək, qarşılığı yoxsa, Azərbaycan dilinin orfoqrafiya prinsiplərinə, imkanlarına və yaxud dilimizin daxil olduğu dil qrupuna uyğun təkliflər irəli sürmək yaxşı təşəbbüsdür. “Proqnoz” sözü isə 40 ildir dilimizdə işlənir, lüğətimizə də daxil edilib”.

İ.Məmmədov bildirib ki, "ismarış" sözü də "ismarıc" kimi yazılmır:

"Bu söz “ismarıc” deyil, “ismarış”dır. Sonluq “ş” hərfidir. “İsmarlamaq”dır sözün kökü. “İsmarlamaq” – “ismarış”, “göndərmək” – “göndəriş” və s. – iş4 şəkilçisi ilə düzələn isimlərdir”.

Qeyd edək ki, bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək, Nazirlər Kabineti yanında Terminologiya Komissiyası tərəfindən təklif edilib. Komissiyanın sədr müavini Sayalı Sadıqova bu barədə danışıb.

O, Azərbaycanda dilində qarşılığı təklif edilən sözlərin siyahısını açıqlayıb: “Zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarıc”.

Tarix
2017.10.27 / 17:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla