Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Dekabr 2017


Ustad rəqqas: Gəlin maşınını pilləkənlərin üstünə sürmüşdülər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ona özü haqda danışmaq çətin gəlir. Deyir ki, mənim haqqımda həmişə başqaları danışıb.

Bir vaxt dillərdən düşmürdü. Həyatı boyu rəqslə məşğul olub. Rəqsi ilk dəfə atasından öyrənib. Deyir ki, atam toylarda məni önə çəkirdi, sonra bağçada fəallığım özünü göstərdi:

"Hələ uşaq yaşlarımda vedrəni nağara əvəzi əlimə götürüb ifa edirdim, eyni zamanda da rəqs edirdim".

Beləliklə, müsahibimiz Rəqqas Kamildir.

Rəşid Behbudov gəldi, özüylə yenilik gətirdi

- İlk fəaliyyətinizə kimlərlə başlamısız?

- İlk müəllimim Böyükağa müəllim olub, 1951-ci ildən 1955-ci ilə qədər onun tələbəsi olmuşam, onun vaxtında Moskva-Bakı yolunu Zabrat yoluna çevirmişdik. Çox tez-tez Moskvaya gedib-gəlirdik, həmişə də qızıl medalla qayıdırdıq. 1955-ci ildə Varşavadan qayıdanda Rauf Hacıyev orkestr qurmuşdu, bizi də ora dəvət etdi. Çünki Varşavada üçüncü turdan Gürcüləri geridə qoyub birinciliklə vətənə döndük. Beləliklə, Rauf Hacıyevin sayəsində özfəaliyyətdən birbaşa professional səhnəyə keçdik, bizim bir-birindən zəngin qastrol səfərlərimiz başladı. Sonradan Rauf Hacıyev oldu nazir, onun yerinə bədii rəhbər olaraq Rəşid Behbudov gəldi və özüylə yenilik gətirdi, ansamblın görkəmini yaxşı mənada dəyişdi.

Beş qardaşın bircə bacısını qaçırmışdım

- Rəqs məşqlərinə hansı yaşdan başlamaq şərtdir?

- Rəqsdə konkret yaş həddi yoxdur. Sadəcə, uşağı rəqsə qoyanda birinci onun sağ-sol bilməsinə önəm versinlər. Çünki bunu bilmək birinci şərtdir.

- Səhnədə "Naz eləmə"nin möhürünü vuran Kamil müəllim sevdiyi xanıma sevgi etirafını necə edib?

- Mən sevdiyim xanımı - beş qardaşın bircə bacısını qaçırmışdım. Bir-birmizi sevirdik, zorla qaçırmamışam. 5 qızım, 8 nəvəm, 7 nəticəm var və ailəmlə qürur duyuram. Xanımım 6 il öncə dünyasnı dəyişib, sevdiyin xanımın yoxluğunu, tənha qalmağı Allah heç kimə göstərməsin.

O rəqs gəlinin ismətini itirir

- Toylardakı rəqslər sizdə nə təəssürat yaradır?

- Mənə bir cütlük müraciət edib, müasir rəqsin öyrədilməsini xahiş etdilər, mən də dedim ki, mən müasir rəqs qurmuram, sizə vals təklif edə bilərəm. Müasir rəqs bəy-gəlin rəqsi deyil, gəlin gərək ağır ola, o rəqs isə gəlinin ismətini itirir. Bir də gəlin toyda gərək bir dəfə oynasın, ya bəylə, ya da nəslin ağsaqqal-ağbirçəyiylə, indi buna əməl edən kimdir? Gəlin-bəy hər havaya oynayır. Halbuki mən toylarda "Qoçəli"dən başqa heç bir havanı rəqs etmirəm.

Mən Kamil Dadaşovam

- Bəs öz toyunuzu necə xatırlayırsız?

- Toyum "Domsovet"in böyük yemək salonunda olub, gəlin maşınını pilləkənlərin üstünə sürmüşdülər. Toy deyildi, əsl şou idi, müğənnilər də oxuyurdu, rəqslər də ifa olunurdu.

- Sonda oxuculara sözünüz nə olardı?

- Mən Kamil Dadaşovam, özüm haqda danışmağı heç vaxt sevməmişəm, çünki buna ehtiyac olmayıb, məni sənətim insanlara təqdim edib, tanıdıb. Heç vaxt heç kəsi təkrar edib, oxşamağa çalışmamışam, öz yolum, öz dəsti-xəttim olub. Məni insanlar buna görə sevib, mən də xalqımı sevirəm. Mən Xalq artisti deyiləm, xalqın artistiyəm. Allah xalqımı mənə çox görməsin, uzun ömür, can sağlığıyla, xoş niyyət, əməli salehlik və hər günə şükür etməklə ömrün anlarını gözəl yaşasınlar.

Tarix
2013.11.23 / 11:21
Müəllif
Arzu Murad
Şərhlər
loading...
Digər xəbərlər

Ermənilər azərbaycanlı lideri Yevlaxda necə öldürdü?

ABŞ-da dünyanın ən etibarlı evi tikildi - Foto

Bakı Qafqazın ən gözəl şəhəridir - Skaylayf

İngiltərə kraliçasının pulları Türkiyədə tapıldı – Foto

“Qarabağ”dan Qarabağa: izi itmiş yollara... – Foto

Faciədən başlayan doğmalıq – O illərə dönüş...

Bu tarixdə Dillər Universitetini tələbə idarə edəcək

Ermənistanın yaranmasını yarım əsr gecikdirən sultan - Video

PKK terrorçuları alman jurnalında - Foto

Otaq temperaturunu qoruyan pərdələr - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla