Yuxarı

Heydər Əliyev avtoritetlər haqda demişdi ki... - Şeyx

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə Azərbaycanda kriminal aləmin fiqurlarının tez-tez gündəmə gəlməsi mədəniyyətin müxtəlif sahələrinə də sirayət edir. Xüsusən, kino kuluarlarında gəzən söhbətlərə görə, azərbaycanlı qanuni oğrular haqqında film çəkilməsi məsələsi gündəmdədir. Ekspertlər kriminal aləmin liderlərinin təbliğ olunmasının gənc nəsilə mənfi təsirləri olduğunu bildirirlər. Bəs sözügedən mövzuda film çəkilməsinə ehtiyacı varmı?

Məsələ ilə bağlı Kult.az-a danışan rejissor Şeyx Əbdül Mahmudov kriminal aləmin tarixindən və sonrakı dövrlərindən söz açıb:

“Avtoritetləri ilk dəfə Sovet hökuməti dönəmində İosif Stalin yaradıb. Stalin almanlara bənzəyən və alman dilini bilən gənclərdən ibarət partizan dəstələri yaratmışdı. Çünki həmin dövrdə bütün Ukrayna, Belarus və s. dövlətlər almanların tərəfinə keçmişdi. Stalinin böyüklüyü və murdarlığı onda idi ki, xüsusi dəstələr yaradaraq cəbhələrə göndərir və orada alman adı ilə adamları qırdırırdı. Stalin bu yolla alman faşizminin qatil obrazını yaratdı və bütün dünyanı almanlara qarşı qaldırdı.

SSRİ o vaxt böyük bir məkan idi. Repressiya dövründə sürgünə göndərilən milyonlarla insanı idarə etmək, onları əldə saxlamaq üçün adam tapılmırdı. Ona görə də Stalin kriminal avtoritetləri yaratdı və onlara səlahiyyət verdi ki, kriminal aləmi idarə edə bilsin.

Hər şeyin inkişaf dövrü olduğu kimi, süqutu da olur. Sovet İttifaqı dağılandan, dövlətlər müstəqillik qazanandan sonra bu cür ünsürlərə ehtiyac qalmadı. Buna görə də ulu öndərimiz Heydər Əliyev dedi ki, Azərbaycanın kriminal avtoritetlərə ehtiyacı yoxdur, Azərbaycan artıq müstəqil dövlətdir və qanunla idarə olunacaq. Bundan sonra onların yarısı qaçıb getdi, yarısı də həbs olundu. Azərbaycanla paralel olaraq bu proses Rusiyada da başladı.

Kriminal avtoritetlər ələnə-ələnə yox olublar. Bu insanların ev-eşiyi, peşəsi, bacardığı bir iş yoxdur. Artıq kriminal avtoritetlərin qaçmağa da yeri yoxdur. Nəzərə almaq lazımdır ki, kriminal aləmdə olanlar da bizim övladlarımızdır və onlara başa salmaq lazımdır ki, artıq o dövr bitib”.

Rejissorun sözlərinə görə, kriminal avtoritetlərin həyatının səhnələşdirilməsi cəmiyyətdə mənfi təsirlərə səbəb ola bilər:

“Avtoritetlərin həyatının səhnələşdirilməsi, serialların çəkilməsi, heç onların da ağlına gəlməyən səhnələrin yaradılması cəmiyyətə zərər vurmaqdan başqa bir şey deyil. Bu gün siqaretə, mobil qurğulara, narkomaniyaya və digər zərərli vərdişlərə maraq göstərən xeyli sayda gəncimiz var. Elə film çəkmək lazımdır ki, xalqın mədəni səviyyəsinin yüksəlməsinə xidmət eləsin.

Adətən kriminal aləmdən bəhs edən filmlər digər ölkələrdə 70-80-ci illərdə çəkilib. Avropanın çoxdan keçdiyi mərhələni biz indi yaşayırıq. İndi bizdə kriminal mövzulu filmləri, serialları izləyən ailələrdə hər kəsin mədəni səviyyəsi o cür deyil ki, yaxşı nəticə çıxarsın. Nəzərə almaq lazımdır ki, mənfi mənada bu serialların təsirinə düşənlər də olur.

Maraqlısı budur ki, belə seriallar nəticəsində professorlar, elmlər namizədləri yox, yüzlərlə narkoman, cinayətkar yetişir. Bu gün heç bir halda Azərbaycan kinosu belə həyatı təbliğ etməməlidir”.

Tarix
2017.11.08 / 00:31
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla