Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Noyabr 2017


Tarixin ən məşhur şəxslərinin ölümündən öncəki son - Fotoları

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Publika.az-a istinadən dünyaca məşhur simaların ölmədən öncə son fotolarını təqdim edir.

1.Adolf Hilter

A.Hitlerin bu fotosu ölümündən 48 saat öncə çəkilib. Onun bu görüntüsü köməkçisi Xulio Şaub ilə etdiyi toplantıdan sonra Berlində çəkilib. İddialara görə, A.Hitler 30 aprel 1945-ci ildə ölü halda tapılıb.

2. Fidel Kastro

90 yaşlı Fidel Kastronun son fotosu ölümündən 10 gün öncə çəkilib. Vyetnamın prezidenti Tran Dai Quanq 15 noyabr 2016-cı ildə Kuba liderinə bir portret təqdim edib.

3. Bənazir Bhutto

Pakistanın ilk qadın prezidenti Bənazir Bhuttonun son fotosu 27 dekabr 2007-ci ildə Pakistanın Ravalpindi şəhərində ölümündən bir neçə dəqiqə öncə çəkilib. Kütləni salamlamaq üçün maşının üstündən boylanan B.Bhutto kamikadzenin hücumu ilə öldürülmüşdü.

4. Şahzadə Diana

Şahzadə Diana 31 avqust 1997-ci ildə Paris şəhərində avtomobil qəzasına düşüb. Həmin bu foto çəkildikdən saniyələr sonra avtomobil “Pont de l'Alma” tunelinə daxil olub və sürücü idarəetməni itirərək qəza keçirib. Ağır xəsarətlər alan Diana xəstəxanada vəfat edib.

5. Uitni Hyuston

Bu foto Uitni Hyustonun ölümündən iki gün öncə, “Tru Hollivud” klubundan çıxarkən çəkilib. Məşhur müğənni 11 fevral 2012-ci ildə “Beverli Hilton” otelində huşsuz halda tapılıb. Daha sonra xəstəxanada keçinib.

6. Vladimir İliç Lenin

Bu foto 1923-cü ilin may ayında çəkilən və SSRİ-nin qurucusu V.İ.Leninin bilinən son fotosudur. Kommunist lider 21 yanvar 1924-cü ildə ölüb.

7. Pol Uolker

Bu foto məşhur aktyor Pol Uolkerin ölümündən bir neçə dəqiqə öncə çəkilib. “Forsaj” filminin ulduzu 2013-cü ildə bir yardım tədbirinə qatıldıqdan sonra keçirdiyi avtomobil qəzasında həlak olub.

8. Maykl Cekson

Məşhur müğənni Maykl Ceksonun son fotosu ölümündən 48 saat öncə, verəcəyi konsertin məşqləri əsnasında çəkilib. O, 25 iyun 2009-cu ildə Los-Ancelesdə vəfat edib. Pop ulduzun ölüm xəbərinə dözə bilməyən 11 fanatı da intihar etmişdi.

9. Con Kennedi

ABŞ Prezidenti Con Kennedinin son fotosu 22 noyabr 1963-cü ildə sui-qəsddən bir neçə saniyə öncə çəkilib.

10. Martin Lüter Kinq

Sol tərəfdəki foto 3 mart 1968-ci ildə Memfis şəhərindəki “Lorin” hotelində çəkilib. Bir gün sonra isə eyni yerdə sui-qəsd təşkil edilib. Sağdakı foto isə Kinq vurulduqdan dərhal sonra lentə alınıb.

11. Stiv Cobs

Əpl (Apple) şirkətinin rəhbəri Stiv Cobsun son fotosu Kaliforniyadakı evində çəkilib. Foto 5 oktyabr 2011-ci ilə aiddir. O, xərçəng xəstəliyindən vəfat edib.

Tarix
2017.11.09 / 01:00
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Mixaylonun Maribor şəhərində abidəsi ucaldıldı - Foto

Ermənilərin növbəti yalanı bütün dünyanı güldürdü – Video

“Bakı Ekspo 2025”in təqdimatı oldu - Foto

Bu, Bakını dünyaya yeni imicdə təqdim edir - Alişa Çinay

Bu il ölən 3 gözəl modelimiz - Fotolar

Bakıda villa 2,5 milyona satışa çıxarıldı - Foto

Tanınmış müğənni baş nazir olmaq istəyir

Dünyanın ən bahalı şərabı satıldı - Foto

Suyun altında 3000 illik qala tapıldı: Türkiyədə - Foto

Cizgi filmində Atatürklə bağlı mesaja etiraz - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla