Yuxarı

Qızın qızla, kişinin kişi ilə evlənməsi... - Şeyx

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa ölkələri ilə əlaqələrimiz genişlənib. Buna hazır olmayan, kor-koranə təsir altına düşən xeyli gəncimiz var. Artıq tatu, cırıq şalvar, beli, göbəyi açıq geyimlər, qızın qızla, kişinin kişi ilə evlənməsi təbliğ olunur. Bu eybəcərliklərə qarşı vuruşmaq lazımdır.

Bu sözləri Kult.az-a açıqlamasında aktyor, rejissor Şeyx Əbdül Mahmudov son günlər ölkədə baş verən məişət hadisələri haqda danışarkən deyib. Onun sözlərinə görə, bu gün Avropanın yox, ölkəmizin dəyərlərini təbliğ etmək lazımdır:

“Dünya əxlaqla, qanunla idarə olunmalıdır. Əxlaqsızlıq, vəhşilik baş alıb gedir. Axı bunlar kimə lazımdır? Bu nə xəstəlik, nə bəladır ki, kütləvi şəkildə yayılıb gedir?!

O ki qaldı texnoloji inkişafa, bu, ümumi dünyanın inkişafıdır. Həmişə “Avropa, Avropa” deyirik. Mən dünyanı bir neçə dəfə gəzmişəm, Avropada da olmuşam. Texniki inkişaf qədim şərq ölkələrindən gəlib. Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünya elminin axarını dəyişib. Bəyəm, Lütfi Zadə avropalı idi? Avropadan ölkəmizə narkomaniya, əxlaqsızlıq kimi vərdişlər gəlib. Azərbaycanda belə əxlaq var idi? Tarix boyu ölkəmizdə böyüyə hörmət, kiçiyə sayğı, namus, qeyrət olub.

Eşitdim ki, o gün bir qız atasını baltalayıb öldürüb. Bəyəm, bu, Azərbaycan xalqına yaraşan əxlaqdır? Belə zərərli vərdişlərin təbliğ olunması lazım deyil. Bizim bütün dünyaya nümunə olacaq milli-mənəvi dəyərlərimiz var. Bax, bunları təbliğ etmək lazımdır”.

Tarix
2017.11.10 / 08:15
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla