Yuxarı

Azərbaycanın əməkdar artisti saxlanıldı - Yenilənib

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu dəqiqələrdə 22-ci polis bölməsinin əməkdaşları "Zirzəmi" kafesində yerləşən "Oda" tetarında axtarış aparır".

Bu haqda Oda teatrının yaradıcılarından olan jurnalist Elmin Bədəlov "Axar.az"a açıqlamasında bildirib.

Jurnalistin dediyinə görə, 22-ci polis bölməsinin əməkdaşları teatrda axtarışa səbəb kimi qonşuların şikayətini əsas gətiriblər.

Xatırladaq ki, bu dəqiqələrdə Elmin Bədəlovla yanaşı, teatrın tamaşalarında rol alan əməkdar artist İlqar Cahangir və gənc fəal Nihad Qulmazdənin sahə müvəkkili tərəfindən izahatları alınır.

Məlumatı dəqiqləşdirmək üçün teatrın yerləşdiyi mərkəz ərazini əhatə edən 9, 39 və 22-ci saylı polis bölmələri ilə əlaqə saxladıq. Növbətçi hissələrdən bildirdilər ki, belə şəxslərin saxlanılması və ya izahatı alınması barədə heç bir məlumat yoxdur.

13:59

Hadisəni dəqiqləşdirmək üçün İlqar Cahangirlə əlaqə saxladıq. Əməkdar artist bildirdi ki, artıq hər üç aktyor sərbəst buraxılıb. Aktyor onu da bildirdi ki, bəzi saytlarda yayılan xəbərlər doğru deyil, sizin də yazdığınız kimi, aktyorların izahatları polis bölməsində deyil, "Oda" teatrının yerləşdiyi əraziyə məsul sahə müvəkkilinin otağında alınıb. Teatrın bundan sonrakı fəaliyyəti ilə bağlı isə, aktyor heç bir problemin olmayacağına inanır.

Tarix
2013.11.23 / 13:50
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla