Yuxarı

Mixaylonun Maribor şəhərində abidəsi ucaldıldı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 17-də Sloveniyanın Maribor şəhərində Sovet İttifaqı və Sloveniya qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin abidəsi açılıb.

Kult.az xəbər verir ki, Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyi, Sloveniya Müharibə Veteranları İttifaqı və Maribor şəhəri meriyasının birgə layihəsi əsasında baş tutan açılış mərasimində Sloveniyadakı diplomatik korpusun, hərbi attaşeliyin nümayəndələri, Sloveniya parlamentinin üzvləri, veteran təşkilatlarının təmsilçiləri, şəhər meriyasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında qeyd edilib ki, İkinci Dünya müharibəsində sloven xalqı böyük qurbanlar verməli olub. Nasist Almaniyası və faşist İtaliyası arasında bölüşdürülən Sloveniyada yerli əhali, həmçinin “Vermaxt” tərkibində müharibədə iştirak etmək üçün səfərbərliyə cəlb olunub. Bu da əhali arasında işğalçılara qarşı nifrət və müqavimətin daha da güclənməsinə səbəb olub ki, nəticədə bu torpaqlar partizan hərəkatının ən geniş vüsət aldığı və böyük uğur qazandığı əraziyə çevrilib. Sloveniyanın azad edilməsində misilsiz şücaətlər göstərmiş Mehdi Hüseynzadə (Mixaylo) öz adını sloven xalqının qəlbinə əbədi olaraq həkk edib. Mixaylo fenomeni və misilsiz qəhrəmanlığı yeni nəsillər üçün örnək olmaqla yanaşı, Azərbaycan və sloven xalqları arasında dostluq bağlarının möhkəmlənməsində xüsusi rola malikdir.

Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov çıxışında bildirib ki, Mehdi Hüseynzadənin abidəsinin açılışı iki mühüm məqsədə xidmət edir. Qeyd edilib ki, bu abidə İkinci Dünya müharibəsində canından keçmiş bütün döyüşçülərin əziz xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, hər iki xalqın ortaq milli qəhrəmanı olan Mehdi Hüseynzadənin abidəsinin Maribor şəhərində ucaldılması Azərbaycan və Sloveniya arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək. Səfir, həmçinin vurğulayıb ki, bu abidə kompleksi azadlıq uğrunda işğalçılara qarşı mübarizə aparmış qəhrəmanların irsinin gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət daşıyır.

Səfir azərbaycanlı iş adamı Artur Abdinova abidənin Maribor şəhərində ucaldılmasına göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, eyni zamanda, abidənin müəllifi heykəltəraş Seyfəddin Qurbanova hazırladığı əsərə görə və Maribor şəhər meriyasına bu təşəbbüsü dəstəklədiyinə görə təşəkkür edib.

Sonra abidə kompleksinin açılışı olub. Maribor şəhərinin meri Saşa Pelko abidənin qarşısında quraşdırılmış rəqəmsal interaktiv lövhənin üzərindəki qırmızı lenti kəsib.

Tədbirdə Maribor şəhərindəki orta məktəblərdən birinin şagirdləri partizanlara həsr olunmuş mahnılar ifa ediblər.

Tədbirin rəsmi açılışından sonra iştirakçılara ziyafət verilib. Həmin gün açılışda iştirak edən Azərbaycan nümayəndə heyəti Maribor şəhərində yerləşən hərbi muzeydə olub, müxtəlif müharibələr dövrünə aid eksponatlarla tanış olublar.

Qeyd edək ki, Mehdi Hüseynzadənin Maribordakı abidəsinin müəllifi görkəmli heykəltəraş, Ukraynanın Xalq Rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanovdur. Abidənin qarşısında quraşdırılmış rəqəmsal interaktiv tablo dünyada ictimai parklarda açılan ilk rəqəmsal abidələrdən sayılır. İnteraktiv tabloda İkinci Dünya müharibəsi ilə bağlı ümumi məlumatlarla yanaşı, Mehdi Hüseynzadənin həyat və döyüş yolunu əks etdirən bütün məlumatlar öz əksini tapıb. Lövhədəki məlumatlar mütəmadi olaraq yenilənəcək.

Tarix
2017.11.17 / 21:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla