Yuxarı

Nobelin Bakıda tikdirdiyi 121 illik ev uçur - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az-ın “İnsan taleyi” layihəsinin budəfəki qonağı Laçın rayonundan məcburi köçkün Elxan Qəhrəmanovdur.

Onu çoxdan tanıyıram. O vaxtlardan ki, Laçın hələ işğal olunmamışdı. Laçın döyüşürdü, mübarizə aparırdı. Böyüklü-kiçikli kim necə bacarırdısa, o cür də yenicə yaranmaqda olan orduya yardımçı olurdu.

Elxan həyatının gənclik illərindən ağrı içindədir. Həm məcburi köçkün həyatı, həm də məcburi köçkünlər üçün yaradılmış şəraitdən hələ də istifadə edə bilməməsi onu incidir. Elxanın yaşadığı məkana qardaşı, şair İlham Qəhrəmanla birlikdə gedirəm. Bir vaxtlar yer-göylə oynayan dəliqanlı Elxan sanki ağrının, əzabın içinə sığınıb, boynunu qısıb, taleyi ilə barışıb.

İlham qardaşı haqda deyir:

- Elxan müəyyən səbəblər üzündən 3 dəfə ağır xəsarət alıb. Hazırda dağınıq skleroz xəstəliyindən əziyyət çəkir və I qrup əlildir.

Məlum olur ki, Elxan ailəsi ilə birlikdə əvvəllər Binəqədi rayonunda yol idarəsinin 5 mərtəbəli inzibati binasında yaşayıb. O yerdə ki, iki ildir ağzı bayatılı, dualı, ağılı Səlbi xala dünyasını dəyişib, Atası Ümid dayı iki gözündən şikəst olub. “Laçına getsəm, gözüm açılar, bala”, - deyir. Və gözlərinin açılması üçün Vətən torpağı arzulayaraq, bu yandan da oğlu Elxanın ayaqlarının sözünə baxmamasına qovrulur.

İlham deyir ki, Binəqədi rayonunda yol idarəsinin 5 mərtəbəli inzibati binasının dördüncü mərtəbəsinə qalxıb-düşə bilməyən Elxan Qəhrəmanovun yaşayış vəziyyəti çətinləşdiyi üçün 2008-ci ildə ailəsi ilə birgə qohumunun evinə sığınıb.

Evə fikir verirəm. Artıq əsr yarıma yaxın yaşı olan bu tikili dizlərinin üstündə durur, qocalıq ona da təsir edib, sökülüb-tökülməkdədir.

- Bu ev 1896-cı ildə Nobel qardaşları tərəfindən at tövləsi kimi inşa edilib. O vaxtdan tikilidə heç bir təmir-bərpa işləri aparılmayıb, - İlham danışır.

Elxanla söhbət edirəm. Köhnə tanışını belə qarşılamaqdan məyus olması hiss olunur. Şəraiti göz önündə olsa da, maraqlanıram. Evin təzəcə uçmuş tavanına nəzər salırıq. Elxan bildirir ki, noyabrın 15-i, saat 15 radələrində evin bir hissəsinin tavanı uçub:

- Çökməyə səbəb tavandakı taxtaların çürüyüb tamamilə yararsız hala düşməsidir. Evin tavanının qalan hissəsinin də uçmaq təhlükəsi var. Gecələr qorxu içindəyik. Hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdik. “Qaçqınkom”un Sabunçu rayon üzrə şöbəsinə, Sabunçu Rayon İcra Hakimiyyətinə məlumat vermişik. Ayağım yer tutsa, özüm gedərəm, uşaqlar heç yeri tanımır. Hadisədən bir gün sonra MİS-dən mühəndis gəlib baxıb, evin şəklini çəkib apardı. Amma dedi ki, büdcəmizdə kömək üçün maliyyə vəsaiti yoxdur. Olsa, kömək edərik.

Gələcək günlərin xoş duyğuları ilə yaşamaqdan yorulmuşam. “Olsa”, “olacaqsa”, “lazım gəlsə” və sair... - deyir və əlavə edir:

- İki övladım var, biri 16, o biri isə 13 yaşındadır. Yağış-qar yağanda sel-su evin içindədir. Bütün pəncərələrdən, tavandan içəri yağış dolur. Evin təkcə tavanı yox, ev özü qəzalı vəziyyətdədir. Ümumiyyətlə, evin üstünə qalxıb təmir aparmaq təhlükəlidir, 121 il bundan əvvəl tikilmiş evin konstruksiyası ağırlığa tab gətirmir.

Rəsmi qurumlara müraciət etmişəm. İstəyirəm ki, mənim də vəziyyətimi və səhhətimi nəzərə alaraq mənzil şəraitimin yaxşılaşması üçün əncam çəksinlər. Ailəmlə köməksiz vəziyyətdə qalmışam.

Otağın şəklini çəkirik, problemlərinə işıq tutacağımızı bildiririk. Elxanın isə bizə deyəcəkləri çoxdur:

- Özümün əlil kimi kənar şəxsin yardım və qulluğuna ehtiyacım var. Belə qaranlıq, rütubətli, hər tərəfi demək olar, açıq evdə ailəmizin digər üzvlərinin də səhhətində problemlər yaranıb. Hamımız revmatizmdən əziyyət çəkirik.

Qabaqdan qış gəlir. O cür şəraitdə yaşamaq mümkünsüzdür. Övladlarım məktəblidir. Onlar üçün belə evdə yaşayıb təhsil almaq olduqca çətindir. Ümid edirəm, səsimə səs verən olacaq.

Tarix
2017.11.18 / 08:15
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla