Yuxarı

Ağır xəstəliklə mübarizə aparan məşhurlarımız

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Rasim Balayevin xəstəliyi ilə bağlı verdiyi müsahibə ölkədə böyük səs-küyə səbəb oldu. Bu həm də ağır xəstəliklərdən əziyyət çəkən dəyərli sənət adamlarımızın heç də az olmadığını xatırlatdı.

Kult.az xəbər verir ki, bu günlərdə ona yazılan dərmanları ala bilməməsi ilə gündəmə gələn R.Balayev uzun müddətdir şəkər xəstəsidir. Həmçinin aktyor təzyiqdən əziyyət çəkir. Aktyorun onurğasında da uzun müddətdir problemləri var və bu da ayağında fəsad yaradıb.

Xalq artisti Fuad Poladov onkoloji xəstəlikdən əziyyət çəkir. Aktyorun səs tellərində problem yaranıb, qırtlağında şiş olduğu bildirilir. Hazırda evdə müalicə olunan aktyorun səhhəti, özünün bildirdiyinə görə, qənaətbəxşdir.

Xalq artisti Ramiz Əzizbəyli də uzun müddətdir yataq xəstəsidir. Aktyor 2014-cü ilin fevralında şəxsi avtomobilində sükan arxasında olarkən beyin insultu keçirib. Artıq 3 ilə yaxındır ki, xəstəliyi ilə bağlı səhhətində ciddi problemlər yaşayan xalq artisti uzun müddətdir fəaliyyət göstərə bilmir.

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynov da xəstəliklə mübarizə aparan aktyorlardandır. O, artroz xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar aktyor Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Korpusunda əməliyyat olunub.

Əməkdar artist, sevilən aktrisa Kübra Əliyeva süd vəzisi xərçəngindən əziyyət çəkib. Ağır əməliyyatlar keçirən K.Əliyevanın müalicələri hazırda da davam edir.

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova da süd vəzisi xərçəngindən əziyyət çəkib. Uzun illər əvvəl Moskvada ağır əməliyyat keçirən H.Nəsirova hazırda səhnədədir və sənət fəaliyyətini davam etdirir.

Əməkdar artist Kəmalə Müzəffər də xərçəng xəstəliyi ilə mübarizə aparan məşhurlardandır. Onun üz nahiyyəsində bazalioma (ən çox yayılan dəri xərçəngi) aşkarlanıb. Əməliyyat keçirən aktrisa mütəmadi olaraq həkim müayinə və nəzarətindən keçir.

Əməkdar artist Coşqun Rəhimov neçə illərdir qalxanabənzər vəzinin xərçəngi ilə mübarizə aparır. Aktyor üç dəfə əməliyyat olunub və hazırda vəziyyəti normaldır.

Tarix
2017.11.19 / 09:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla