Yuxarı

Bütün “milli sifətlərə” ölüm!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qloballaşma” adlanan ümumdüya hərəkatı, heç şübhəsiz ki, sənət sferasını da əhatə etməkdə. Bu terminin elmi ədəbiyyatlara daxil olması, öz semantik mənasını dəqiqləşdirməsi (bu, ötən əsrin 80-ci illərinə təsadüf edir) ənənəvi “sivilizasiya= mədəniyyət” yanaşmasına yenidən nəzər salmaq ehtiyacı yaratdı: svilizasiya ümumplanet prosesidirsə, mədəniyyət hər xalq (cəmiyyət) üçün ayrıca məsələdir. Ola bilsin, məhz buna görə də bəzən qloballaşmanın milli mədəniyyətləri məhv edəcəyindən ehtiyatlanırlar. Bəs, əslində, vəziyyət necədir?

Məncə, məsələyə daha optimistcəsinə yanaşmaq olar: qloballaşma milli mədəniyyətlərə ümumdünya dəyərinə çevrilmə şansı yaradır. Hər milli mədəniyyət öz dəyərini dünyaya təqdim edir, dünya ordan özünə lazım olanları seçir və beləliklə, həmin dəyər lokal xarakter daşımaqdan və nə zamansa, – bu qaçılmazdır! – izsiz-tozsuz yox olma kimi pessimist aqibətdən xilas olur. Bunun nəyi pisdir ki?!

Əvvəlində “milli” sifəti olan bütün anlayışların süqutu labüddür.

Bu mənada, indi milli sənət – “milli ədəbiyyat”, “milli teatr”, “milli kino”, “milli rəssamlıq” anlayışları yeni məna qazanmaqda.

Dünya mədəniyyətindən, orda baş verən, nə zamansa baş vermiş hadisələrdən bixəbər ola-ola hansısa ciddi sənət nümunəsinin yaranması ağılabatan deyil. Bu şərtlər altında yaranan bütün sənət nümunələri məhəlli xarakter daşıyacaq və dünya mədəniyyətinin bir hissinə çevirilirə bilməyəcək. Bu, dəqiqdir.

Bu gün dünya sənət aləmində baş verən hadisələri daha yaxşı başa düşmək üçün keçmişdəki hadisələri – tendensiyaları, cərəyanları, hərəkatları bilmək çox vacibdir.

Yoxsul sənət

“Art povera” ötən əsrin 60-cı illərində İtaliyada meydana gəlmiş, öz ətrafınada Roma, Turin, Milan və Genuya rəssamlarını birləşdirən sənət cərəyanıdır. Termin italyan dilindən tərcümədə “yoxsul sənət” mənasını verir. “Art povera” terminindən ilk dəfə 1967-ci ildə italyan sənətşünas Cermano Çelant istifadə etmişdir. Çelant “art povera” cərəyanı haqqında bir neçə nəzəri kitabın müəllifidir. Ümumiyyətlə, “art povera”nın bir sənət cərəyanı kimi formalaşması, əsas əlamətlərinin müəyyən edilməsi birbaşa Çelatın adı ilə bağlıdır.

60-cı illərdə İtaliya sənaye ölkəsinə çevrilir. İqtisadiyyatda aqrar təsərrüfat öz yerini sənayeyə güzəştə gedir. “Fabrik işçiləri” adlanan yeni təbəqə formalaşır.

Vacib bir məsələni də qeyd etməliyik ki, “art povera” hərəkatının nümayəndələri bu “fabrik işçiləri” adlanan təbəqənin hüquqları uğrunda çıxışlar etməyə meyilli idilər, məhz buna görə də, “art povera”nı solçu hərəkat kimi xarakterizə etmək olar. Bundan əlavə, “art povera”çılar sənətin ticarət obyektinə çevrilməsinə qəti şəkildə etiraz edirdilər, bu da onların anti-kapitalist düşüncədə olduqlarını söyləməyə əsas verir. Bütün bu əlamətlərə görə, “art povera” adicə sənət cərəyanı və hərəkatı olmaqdan çıxaraq siyasi xarakter alır.

“Art povera” sənaye və təbiət arasında dialoq kimi çıxış edirdi. Onlar öz əsərlərini yaradarkən istehsalat materiallarından istifadə edirdilər. Bu isə öz növbəsində sənətdə çərçivələri, qısıtlamaları dağıtmağa, yaradıcı azadlığın sərhədlərini genişləndirməyə xidmət edirdi. Onlar, sanki, deyirdilər: “Sənət əsrini istənilən materialdan yaratmaq mümkündür, lap elə adicə tullantıdan, zibildən də yüksək sənət nümunəsi yaratmaq olar!”

“Art povera”çılar özlərini, yuxarıda da qeyd etdiyimiz kimi, “siyasi rəssamlar” hesab edirdilər. Onlar sənətin ictimai təsirinə ürəkdən inanırdılar. Yeganə xilas yolu sənətdir!

“Art povera” rəssamların ilk sərgisi 1967-ci ildə Genuyada təşkil edilmişdi. Sərginin təşkilatçısı Cermano Çelant idi. Çelant ümid edirdi ki, ənənəvi materiallardan imtina edib sənaye tullantılarından istifadə edilərək yaradılan əsərlər sənəti alver obyektinə çevrliməkdən xilas edəcək. O düşünürdü ki, bu cür əsərlər kolleksiyaçıların marağını cəlb etməyəcək və sənət kapitalist münasibətdən qurtulacaq.

“Art povera” sənət dünyasında radikal dəyişikliklərə səbəb oldu: “İstənilən zir-zibildən sənət əsəri yaratmaq mümkündür!” “Art povera” minimalizmin formalaşmasında və inkişafında təkanverici qüvvə kimi çıxış etdi.

Art povera Azərbaycanda

Maraqlıdır ki, artıq bir neçə ildir (2010-cu ildən ) Azərbaycanda “Tullantıdan sənətə!” devizi altında beynəlxalq sərgilər təşkil edilir. Sərgilərdə məişət tullantılarından hazırlanmış əl işləri nümayiş etdirilir.

Təkər rezinlərindən hazırlanmış bu sənət əsəri 2012-ci ildə, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Tullantıdan sənətə” adlı beynəlxalq sərgidə nümayiş etdirilib.

Şəkildəki ev isə Gəncədədir. 1965-66-cı illərdə inşa edilib. Binanın inşası zamanı müxtəlif içki və dərman şüşələrindən istifadə edilib.

Məncə bu, əsl “art povera” nümunəsidir.

Tarix
2017.11.19 / 18:00
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla