Yuxarı

Beynəlxalq Mədəniyyət Forumu başa çatdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterburqda Beynəlxalq Mədəniyyət Forumu öz işini başa çatdırıb. Forum çərçivəsində şəhərin 167 məkanında 450 tədbir keçirilib.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun mətbuat xidmətindən Kult.az-a bildiriblər ki, üç gün ərzində yüzlərlə görüş keçirilib, xeyli beynəlxalq saziş imzalanıb. Rusiya Prezidenti Vladimir Putin forumun açılışında qeyd edib ki, mədəniyyət forumunun xüsusi əhəmiyyəti incəsənətin sərhəd tanımağını göstərməyindədir. Rusiya Prezidenti deyib: “Siz heç bir tərcümə tələb etməyən incəsənətin dilində danışırsınız. Sizin istedadınız, qəlb genişliyiniz, peşəkarlığınız qurub-yaratmağa və xeyirxahlığa sövq edir, dünyamıza ruh yüksəkliyi bəxş edir, onu nəcibliklə və güclü mənəviyyatla zənginləşdirir. Təsadüfi deyildir ki, incəsənət xadimləri - rəssamlar, şairlər, aktyorlar, musiqiçilər cəmiyyətdə böyük nüfuz sahibidirlər”. Bütün aktual məsələlərin müzakirəsinə şərait yaratmağın əhəmiyyətini vurğulayan V.Putin fikrini belə tamamlayıb: “Bu məsələlər Sankt-Peterburqda Beynəlxalq Mədəniyyət Forumunda da qaldırılıb. Əminəm ki, bu forumun iştirakçıları olan və mədəniyyət sahəsinin bütün palitrasını əks etdirən sizlər müasir dövrün qarşımıza qoyduğu məsələlərə həmin görüşlərdə layiqli cavablar tapa biləcəksiniz”.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinskinin Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun işi haqqında sözləri beynəlxalq dialoq üçün mədəniyyətin əhəmiyyətini bir daha təsdiq edib. Nazir deyib: “Biz görürük ki, forumumuz iştirakçıların və qonaqların sayına görə liderlər sırasındadır: 35 min iştirakçı, 1000 əcnəbi qonaq, yüzlərlə mədəniyyət və işgüzar tədbir. Bütün bunlar mədəniyyətə tələbatın olduğunu, onun hər bir sanksiya və maneəni asanlıqla dəf etdiyini göstərir”.

Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu altıncı dəfə keçirilib, bu il Qazaxıstana və Yaponiyaya qonaq ölkələr statusu verilib.

Forumun Rusiyanın mədəniyyət paytaxtında keçirilməsini çox rəmzi hal sayan Azərbaycan nümayəndə heyətinin üzvü, Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin baş məsləhətçisi Vüqar Baxışov deyib: “Sankt-Peterburq sadəcə açıq səma altında çox gözəl muzeydir. Elə ilk təəssüratlarımız çox yüksəkdir. Forumun belə bir gözəl şəhərdə keçirilməsi onun bütün iştirakçılarını daha da ruhlandırır, onlara müsbət enerji bəxş edir. Məqsədimiz birdir - mədəniyyətə xidmət etmək. Hər kəs öz milli mədəniyyətinə xidmət edir. Hamımız birlikdə isə dünya mədəniyyətinə töhfə veririk. Müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin görüşməsinə şərait yaratdığına görə Rusiyaya təşəkkür edirik. Mən təkcə bu forumdan deyil, mədəniyyət, gənclər siyasəti və digər sahələrdə Rusiyada keçirilən başqa tədbirlərdən də danışıram. İnsanları bir araya gətirmək, onlara dinc yanaşı yaşamağı, inkişaf etməyi və yeni-yeni zirvələr fəth etməyi öyrətmək üçün bütün vasitələri işə salmaq lazımdır”.

Sankt-Peterburq Forumunun müasir cəmiyyət haqqında sorğuya real cavab olduğunu vurğulayan digər azərbaycanlı nümayəndə, tanınmış kinorejissor Ayaz Salayev deyib: “Buna bənzər başqa tədbirlər kimi, bu mədəniyyət forumu da elə bir dərin təşvişin qanunauyğun nəticəsidir ki, hazırda dünya ümumiyyətlə müasir mədəniyyətin vəziyyəti, bəşəriyyətin dünyaya münasibətinin ifadə olunması funksiyasını mədəniyyətin heç də həmişə öz üzərinə götürmədiyi xüsusunda bunu hiss edir. Bəşəriyyət özünün yaşadığı dövrə mədəniyyət vasitəsilə hökm verir. İndi onun yerinə ala-babatlıq gəlir, şəxsiyyət isə gedir. Mədəniyyət forumu ala-babatlığa, səthiliyə bir cavabdır. Nə yaxşı ki, onunla heç kəs barışmayıb və bu da çox gözəl haldır”.

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu mühüm dövlətlərarası kommunikasiya vasitələrindən biridir. O deyib: “Mədəni dialoq sivil cəmiyyətdə münasibətlər qurmağın əsasıdır. Məsələn, tarixən Rusiya ilə Azərbaycan arasında çox mehriban dostluq münasibətləri yaranıb, o cümlədən mədəni mübadilə zəminində. Rusiyanın nə qədər mədəniyyət xadiminin – yazıçıların, şairlərin, musiqiçilərin və rəqqasların Qafqaz, xüsusilə Azərbaycan haqqında yeni əsrlər yaratmağa rahlandığını, bərəkətli Azərbaycan torpağının yetişdirdiyi nə qədər istedadlı insanın Rusiya mədəniyyətinə böyük təsir göstərdiyini bilirsinizmi? Bu dialoq əsrlərboyu davam edir, dövlətlərarası münasibətlər qurmaq üçün etibarlı zəmin yaradır. Mədəniyyət forumu belə əlaqələri yada salmaq, yeni əlaqələr qurmaq, bir-birini daha yaxından tanımaq və deməli, ölkələr arasında qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında qlobal münasibətlər qurmaq üçün gözəl imkandır”.

Tarix
2017.11.20 / 20:24
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla