Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Dekabr 2017


Muzeyə 22 alət verib... 22 qəpiyi yoxdur: Azərbaycanlı ixtiraçı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində fikrimiz musiqi alətlərinin satışı və ya düzəldilməsi ilə bağlı reportaj hazırlamaq idi. Bir neçə musiqi mağazasını və usta emalatxanasını gəzəcəkdik. Onun üçün yolumuzun binasını Milli Konservatoriyanın həyətində yerləşən emalatxanadan saldıq.

Musa usta ilə tanış olduq. Ancaq o da öz növbəsində bizi Azərbaycan Milli Konservatoriyasının nəzdində "Milli musiqi alətlərinin təkmilləşdirilməsi" elmi tədqiqat laboratoriyasının müdiri Məmmədəli Məmmədovla tanış etdi. Onunla danışmağımızı daha məqbul hesab elədi. Sonradan ustanın haqlı olduğunu gördüm. Ona görə də Musa ustaya təşəkkürümü bildirirəm.

15 ixtira

Məmmədəli müəllim indiyə kimi musiqi alətlərində 27 təkmilləşdirmə işi aparıb. Onlardan 15-i yeni ixtira kimi Müəllif hüquqları agentliyində qeydiyyata alınıb. Bunlardan 9-u musiqi alətləri, 6-sı isə tar və kamançada təkmilləşmədən ibarətdir.

Əsas ocaq buradır

Çoxları kimi Məmmədəli müəllim də jurnalistlərdən gileylənməklə başladı söhbətə:

- Gedirsiniz musiqi alətləri mağazalarını çəkirsiniz, başqa emalatxanaları gəzirsiniz. Ancaq musiqimizdə inqilab edən təkmilləşdirmə işlərinin burada getdiyindən xəbərsizsiniz. Əsas ocaq buradır. Burada musiqi alətlərini təkmilləşdirəndə, yeni alətlər ixtira edəndə ifaçı-ekspert kimi tarzən Ramiz Quliyev, Ağasəlim Abdullayev, kamança ifaçıları Fəxrəddin Dadaşov, Munis Şərifov kimi böyük sənətkarlar sınaq keçirir. Ancaq musiqi cəmiyyətimiz bütün bu proseslərdən xəbərsizdir.

"Heydər Əliyev" sağ olsun

- Milli musiqi alətlərinin təkmilləşdirilməsi (elmi tədqiqat) laboratoriyasının yaradılması üçün "Heydər Əliyev" fonduna məktubla müraciət etdim. Sağ olsunlar, işlərimə baxıb, müraciətimə müsbət cavab verdilər.

Fotolarda təqdim etdiyimiz kimi, Məmmədəli müəllim bizi bütün işləri ilə tanış etdi. Həqiqətən milli musiqi alətlərimizdə inqilabi təkmilləşdirmə işləri aparıb, yeni musiqi alətləri ixtira edib.

İşimin fanatıyam

- Bir şəxs ki deyir, mən bütün bunları xalq üçün edirəm və durub nədənsə şikayətlənir, deməli, onun dediklərinin hamısı yalandır. İşimin fanatıyam. Mənim işim, mənə övladım kimidir. Övladından ötəri canını verən ata kiməsə şikayət edərmi?

Məni oğlanlarım maliyyələşdirir

- Oğlanlarıma yaxşı təhsil vermişəm. Bu gün yaxşı işlərdə işləyirlər. 4 min, 5 min maaş alırlar. Onlar mənə maddi dəstək olmasalar, bu işlərə ümumiyyətlə yaxın dura bilmərəm.

Yəqin ki, bir zaman gələr

- Xahiş edirəm, məsələyə daha realistcəsinə yanaşaq. İşlərinizin nə bir qazancı var, nə piarı. Məsələn, bura gəlməsəydik, sizi tanımayacaq, işlərinizdən xəbərdar olmyacaqdıq.

- Yox niyə ki? Bizim yüzlərlə çəkilişlərimiz olub. Məsələn, məni bütün dövlət rəsmiləri tanıyır. Bayaq da qeyd etdiyim kimi, şəxsən məni bura Mehriban xanım, "Heydər Əliyev" fondu göndərib.

Yəqin ki, bir zaman gələr...

- Bu işdən qazancınız nədir?

- Mən sizə bir söz deyim də. Sizə bu dediklərimi sayta yerləşdirmişdim. Hər iki oğlum neftçidir, "bp"də işləyirlər. Rus, ingilis, fransız, türk dilini mükəmməl bilirlər. Bir gün oğlumun müdiri mənimlə maraqlanıb ki, bəs atan nə işlə məşğuldur-filan. Oğlum da saytımı açıb göstərib ki, bu işlə. Görüblər ki, tədqiqat, ixtira-filan. Oğlum deyir ki, ata, inanırsan, o vaxtdan müdiriyyətin mənə qarşı münasibəti tamam dəyişdi. Bax, mənim əlim Dubaya (oğlu Dubayda işləyir.- red.) çatardımı? Görürsünüzmü, mən burada ola-ola, ata olaraq mənim işlərimə qiymət verdilər ki, bu, filankəsin oğludur. Yəni, bu elə-belə insan deyil. Bax, mənim qazancım budur. Mən də qazancımı irsi olaraq övladlarıma vermişəm. Yəni xalqım üçün dəyərli övladlar yetişdirmişəm.

280 manat maaş alıram

- 280 manat maaşımdır. Ancaq bankomatdan təmiz 227 manat 50 qəpik çıxarıram.

Muzeyə 22 alət verib... 22 qəpiyi yoxdur

- Bu alətlərin çoxunu muzeyə də vermişəm. Düz 22 alət. Ancaq 22 qəpiyim yoxdur.

Respublikada bu işlə məşğul olan yeganə insan mənəm

- Azərbaycanda musiqi alətləlrinin təkmilləşdirilməsi ilə məşğul olan yeganə insan mənəm. Hələ də ümidimi itirməmişəm. İnanıram ki, öləndən sonra nə isə olacaq. Bilirsiniz, insan o vaxt ölür ki, onun bütün ümidləri ölür. Mənim isə ümidim ölməyib.

Bu işlərin patentləşdirilməsinə 50 minim çıxıb

- Yəqin ki, hər bir alətin patentləşdirilməsinə beş-altı yüz manatınız çıxıb.

- Çox, lap çox. Ümumilikdə, bu işlərin hamısına 50 min manatdan çox pulum çıxıb. Xahiş edirəm, gəlin bu barədə danışmayaq. Bilirsinizmi, bu işlər olmasaydı, bu möhtəşəm (fotoları göstərir.- red.) insanlar mənim əlimi sıxmazdı.

Ələkbər Ələkbərovun tarı 5 min manat olduğu üçün

Müsahibimiz pul barəsində çox da danışmaq istəmədiyi üçün söhbətimizin məcrasını dəyişmək qərarına gəldik. Maraqlıydı ki, nə üçün musiqiçilərdən danışan zaman müsahibimiz köhnə nəslin fotolarını göstərir, ifaçı-ekspert kimi də alətləri onlar sınaqdan keçirir. Bəs gənclərdən bu yeniliyə maraq heçmi yoxdur?

- Onlarla belə işləmirəm də. Ancaq gəlirlər, gedirlər. Cavandırlar da, qanlarının qaynayan vaxtıdı. Yenilikdən yararlanmaq istəmirlər. Bir tələbələr, bir də yaşlı nəsil maraq göstərir bu yeniliklərə. Ancaq o təbəqənin hələ ki, başı qarışıqdır. Məsələn, Ələkbər Ələkbərov deyir ki, Məmmədəli müəllim, mən bu tarımı beş minə almışam e. Birdən olmadı elə, oldu belə (gülür). Baxmayaraq ki, mən milyon faiz zəmanət verirəm. Ancaq deyirlər ki, biz belə öyrəşmişik də. Hələ ki, idarə edirik-filan.

Gənclər yenilikdən heç zaman qaçmasın

Müsahibəmizin sonunda Məmmədəli müəllim gənclərə səsləndi:

- Son olaraq sözüm odur ki, gənclər yenilikdən heç vaxt qorxmasınlar, qaçmasınlar. İnsan öz mövqeyini həyatda yeniliklərlə qazana bilər.

Tarix
2013.11.24 / 13:19
Müəllif
Vüsal Tağı
Şərhlər
loading...
Digər xəbərlər

Kanallarımızın başı çalıb-oynamağa elə qarışıb ki...

Dünyada ilk ipək kitab "Qurani-Kərim"in təqdimatı oldu

Ermənilər azərbaycanlı lideri Yevlaxda necə öldürdü?

ABŞ-da dünyanın ən etibarlı evi tikildi - Foto

Bakı Qafqazın ən gözəl şəhəridir - Skaylayf

İngiltərə kraliçasının pulları Türkiyədə tapıldı – Foto

“Qarabağ”dan Qarabağa: izi itmiş yollara... – Foto

Faciədən başlayan doğmalıq – O illərə dönüş...

Bu tarixdə Dillər Universitetini tələbə idarə edəcək

Ermənistanın yaranmasını yarım əsr gecikdirən sultan - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla