Yuxarı

Ermənilər azərbaycanlı lideri Yevlaxda necə öldürdü?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

1945-ci il 12 dekabrda (21 Azər) yaranan Azərbaycan Milli Hökumətinin baş naziri və lideri Seyid Cəfər Pişəvərinin Sovet Azərbaycanında qəzaya düşməsi ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev fikirlərini bölüşüb.

Kult.az xəbər verir ki, alim 1946-cı ildən sonra Güney Azərbaycandan Sovet Azərbaycanına sığınan inqilabçıların 34 rayonda yerləşdirilməsinə şəxsən S.C.Pişəvərinin başçılıq etdiyini qeyd edib. Ölümünün isə bu cür baş verdiyini bildirib:

“Onun Güney Azərbaycan dövlətinin yaranması istiqamətində Şimali Azərbaycanda fəaliyyəti bəzi qüvvələri narahat edirdi. 1947-ci ilin isti yay günlərində Mir Cəfər Pişəvəri Gəncədə idi. O, tək deyildi. Qonaqlar arasında respublika Dövlət Təhlükəsizliyi Nazirliyi katibliyinin rəisi, SSRİ-nin Təbrizdəki konsulunun müavini işlədiyi illərdən Pişəvərinin tanıdığı Nuru Quliyev, general Qulam Yəhya da vardı...

Qonaqlar general Qulam Yəhyanm “Hudzon” markalı avtomaşınında yay gecəsinin sakitliyində Şəkiyə tərəf irəliləməkdə idilər. “Hudzon”un sürücüsü isə Karnik Melixyan.

Onun mənşəyi DTK rəhbərlərinə yaxşıca məlum idi. Atası İranda Daşnaksütyun Partiyasının lideri imiş. Arvadı vaxtilə Britaniyanın İrandaki səfirliyində işləyirmiş. Karnik Melixyanın adına Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin şöbəsində şəxsi vərəqə açılıbmış.

1944-49-cu illərdə respublika Dövlət Təhlükəsizliyi Komitəsi Yevlax rayon şöbəsinin müdiri vəzifəsində işləmiş Lətif Salayevin şahid ifadəsində deyildiyi kimi, Karnik Melixyanın xarici kəşfiyyatın agenti olması DTK rəhbəri Yemelyanova məlum idi”.

Z.Əliyev bildirir ki, general Qulam Yəhyanın sürücüsü olan bu şəxsə hətta Pişəvərini də gəzdirməyi tapşırmışdılar:

“Azərbaycan xalqının qatillərinə nökərlik edən K.Melixyan Yevlaxın 14 kilometrliyində maşını qəzaya uğratmışdı... Guya maşını gecə vaxtı sürdüyündən sükan arxasında onu yuxu tutubmuş. Sürücüdən soruşan olmamışdı ki, sükanın ikiyə bölünməsinə baxmayaraq, sənə heç bir xətər dəymədiyi halda necə olub ki, sənin yanında əyləşən Pişəvəri qabırğası əzilmiş, ayağı sınmış, başı yaralanmışdır?

Əvvəlcədən qurulmuş maşın qəzasında Pişəvərinin sağ qalması "əməliyyatın" tam həyata keçirilməməsi demək idi. Ona görə də Pişəvərinin ölümü, necə deyərlər, təşkil olunmalı idi.

1947-ci il iyul ayının 11-də Pişəvəri ölümcül halda Yevlax rayon xəstəxanasına gətiriləndə huşu özündə idi. Həkimlərdən xahiş edir ki, Bakıdan dogma qardaşını gətirsinlər, o, həkim-cərrahdır. Əvəzində Xankəndindən (Stepanakertdən) cərrah Əsriyan gəlir. Pişəvəri Gəncədəki iyirmi yaşlı oğlunu yanında görmək istəyir. Ömrünün ən çətin məqamında ataya oğlundan daha yaxın kim ola bilərdi? Xəbər çatdırmırlar. Çatdırsaydılar, qaça-qaça gələrdi və ... cinayətdən agah olardı.

Yalnız ertəsi günü, iyulun 12-də Bakıdan həkimləri və şəfqət bacılarını gətirən təyyarə Yevlaxa endi. Artıq gec idi. Pişəvəri cərrahiyyə əməliyyatından ayağa qalxmadı...

Erməni həkimi Ərsinyanın vurduğu zəhərli iynə onun həyatına son qoydu!”

Qeyd edək ki, dekabrın 12-də 21 Azər Hərəkatının 68-ci ildönümü idi. Güney Azərbaycanımızda bir il müstəqil olan Azərbaycan Milli Hökumətinin baş naziri Seyid Cəfər Mir Cavad oğlu Pişəvəri (Cavadzadə) 1892-ci il avqustun 26-da Azərbaycanın Güneyində, Xalxal mahalının Zeyvə kəndində əkinçi ailəsində doğulub. Bakıdakı "İttihad" (Birlik) məktəbinə, sonra isə "Darul-müəllimin" (Pedaqoji məktəb) mədrəsəsinə daxil olub və oranı da bitirdikdən sonra Hacı Xalxali adlı həmyerlisinin vasitəsi ilə vaxtı ilə özünün oxuduğu "İttihad" məktəbinə müəllim təyin olunub, ərəb, fars və islamiyyət fənlərindən dərs deyib. İlk zamanlar kommunist ideyalı olan Pişəvəri İranın “Qəsri-Qacar” zindanında 10 il saxlanıb. Bu 10 ildə dünyagörüşündə, fikirlərində çevriliş baş verib.

Həbsxanadan çıxandan sonra Azərbaycan Demokrat Firqəsinin yaranması haqqında 77 nəfərin imzasıyla bəyannamə çap olunur. Bütün xalq bu partiyanın ətrafında toplanır və az zamanda bu partiya əzəmətli qüvvəyə çevrilir. 1945-ci il dekabr ayının 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin baş naziri təyin edilir. Məhz həmin hökumət İranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edərək, azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaratdı. Məktəblərdə ana dilində dərslərin keçirilməsini təmin etdi. Savadsızlığın kökünü kəsmək üçün qəti addımlar atdı. Fəhlələr üçün iş qanunu, qadınlar üçün kişilərlə bərabər hüquqlar, bütün ölkədə əhəmiyyəti olan torpaq islahatı həyata keçirildi. Ölkədə misli görünməmiş əmin-amanlıq və abadlıq işlərinə başlandı. Güney Azərbaycanda görülən demokratik tədbirləri hətta düşmənlər belə etiraf edirdilər. Qərbin irticaçı idarələrinə mənsub olan mətbuat dəfələrlə yazmışdır ki, Pişəvərinin rəhbərlik etdiyi Milli Hökumət bir il ərzində sanki Güney Azərbaycanda yarım əsrlik fəaliyyət göstərmişdir.

Milli Hökumət 12 dekabr 1946-cı ildəİran-ingilis birgə ordusunun hücumu nəticəsində süquta uğradı.

Tarix
2017.12.13 / 23:12
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla