Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 İyul 2018


Milyonların sevimlisi dəfn edildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 5-də 93 yaşında vəfat edən Türkiyənin məşhur teatr və kino aktyoru Münir Özkul bu gün İstanbulda dəfn edilib.

APA-nın məlumatına görə, aktyor üçün Muhsin Ərtuğrul adında teatrda vida mərasimi təşkil edilib.

Təşvikiyyə məscidində dəfn namazında mədəniyyət və turizm naziri Numan Kurtulmuş, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Akif Həmzəçəbi, millət vəkilləri, sənət dünyasının tanınmış simaları iştirak ediblər. M. Özkul İstanbulun Bakırköy rayonundakı qəbiristanlıqda dəfn edilib.

Türkiyənin tanınmış kino və teatr aktyoru İlyas Salman APA-ya bildirib ki, həyatı da, ölüm ölümü də qəbul etmək məcburiyyətindəyik. İ. Salman böyük sənətkar M. Özkula rəhmət diləyib.

Qeyd edək ki, 15 avqust 1925-ci ildə İstanbulda anadan olan M. Özkul teatrda rol ifa etməyə 1940-cı ildə başlayıb. İlk peşəkar rolunu 1948-ci ildə oynayan M. Özkul 1951-ci ildə ilk dəfə kinoya çəkilib. 200-dən çox filmdə oynayan M. Özkulu Türk tamaşaçısına sevdirən rolları 1975-ci ildə çəkildiyi “Hababam sınıfı” filmindəki Mahmut hoca və eyni ildə çəkilmiş “Bizim ailə” filmindəki Yaşar usta rolları olub. M. Özkula 1999-cu ildə Türkiyənin “Dövlət sənətçisi” fəxri adı verilib. M. Özkul 1977-ci ildə Bakıda keçirilən beynəlxalq film festivalında birincilik mükafatı alıb.

Tarix
2018.01.07 / 20:15
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakıda soyqırımlarla bağlı beynəlxalq mərkəz işə başladı

Məşhur aktrisa vəfat etdi - Foto

Məşhur azərbaycanlını kobra sancdı: Misirə aparıldı - Foto

Bakı metrosunda “terrorçu”: Xainlər, satqınlar...

Bakıda Fransanın milli bayramı qeyd edildi - Foto

Tanınmış aparıcıya görə onlar saçını qırxdırdı - Video

Dünənki cücələr Müşfiqi tənqid edir – Vaqif Yusifli

Millət vəkili Gədəbəydə imzalı kitablarını payladı – Foto

Fotoqraf bəyin burnunu sındırdı - Şok səbəb

Bütün Amerika 14 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla