Yuxarı

Bunları edərək həyatınızı dəyişin - Bədən dili

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az sosial psixoloq Emi Kaddinin TED (Technology Entertainment Design; Texnologiya, Əyləncə, Dizayn) konfransındakı çıxışını təqdim edir:

Sizə çox sadə bir şey öyrətmək istəyirəm.

Oturuşunuzu dəyişin. Məsələn, ayaqlarınızı aralayın, əllərinizi çarpazlaşdırın. Vücudunuza verdiyiniz bu əmrdən sonra özünüzə baxın. Heyif ki, bu, mümkün deyil. Amma mən sizi görürəm: bəziləri kirpi kimi yığılıb, kiçilib, bəziləri isə ayaqlarını aralayıb, əllərinin biri qarnının üstündə, biri isə ayaqlarının arasında. Bəziləri tamamilə yayxanıb stola.

Vücudunuza az da olsa nəzarət etməyi öyrənsəniz, bu, sizin həyatınızı əhəmiyyətli dərəcədə dəyişəcək.

Mövzu budur: Bədən dili. Hansısa yöndəmsiz hərəkət, gülüş, önəmsiz baxış və ya gözvurma, ya da baş yelləmək.

Nonverbal – sözsüz rabitə. Bəli, bədən bir ünsiyyət vasitəsidir.

Görəsən, sizin bədən diliniz mənə nə deyir? Nə çatdırmaq istəyir? Bəs mənim bədənim?

Bədən dili düşüncəyə və qərarlara təsir edir. O bizi aldada, yanlış istiqamətləndirə bilər. Və ya əksinə.

Məsələn, işə qəbul prosesi olsun, ya da kariyerada yüksəliş – fərqi yoxdur, bədənimiz ağızdakı dil qədər önəmlidir.

Aleks Todorov aşkar edib ki, namizədlərin cəmi bir saniyəlik üz ifadəsinə əsasən, onların ABŞ Senatı və Konqresinə seçilib-seçilməyəcəyini 70% düzgün müəyyən etmək olur. Hətta virtual ünsiyyət prosesində - Feysbukda, Tvitterdə - düzgün istifadə edilmiş emosiya işarəsi istədiyiniz nəticəni almaq üçün gərəklidir, ya da əksinə, yanlış seçilmiş smaylla hər şeyi korlaya bilərsiniz.

Güc və dominantlığın jestlərlə ifadəsi... – Bu, ciddi məsələdir.

Özümüzü heyvanlarla müqayisə edək: Müxtəlif vəziyyətlərdə ölçüləri dəyişir. İnsanlar da eynilə belə edirlər. Fikir verin, güclülük və zəiflik ifadələri nə qədər universal və nə qədər qədimdir.

Bu ifadələri Cessika Treysi araşdırıb. O qeyd edir ki, kor insanlarda da qalibiyyət, güclülük ifadəsi eynidir. Məsələn, Paralimpiya yarışlarında finiş xəttini keçən gözdən əlil də güclü olduğunu, qələbəsini eyni ifadə ilə göstərir. Belə deyək: əllərini “V” açır və bədən, sanki genişlənir.

Bəs özümüzü gücsüz hiss etdikdə nə edirik? Tam əksini - qapanırıq. Təhlükə hiss edən kirpi kimi yığılırıq.

Güclü və gücsüz qarşılaşanda bu mənzərə ortaya çıxır. Belə ki, əgər kimsə bizə qarşı güc tətbiq edirsə, yığılma baş verir: kirpi kimi.

Qarşımızdakının jestlərini təkrarlamırıq, əksinə, onun gücünə tabe oluruq. Tələbələrin bəziləri özlərini lider kimi aparırlar, sinif otağına girərkən, otağın düz ortasına keçirlər, hələ dərs başlamazdan özlərinə yer edirlər. Oturanda iki nəfərin yerini tuturlar. Bəziləri otağa gələndə, az qala, görünməz olmağa çalışırlar. Bunu üz ifadəsi və hərəkətlərdən də görə bilərsiniz. Onlar oturan kimi yığılırlar.

Belə bir fikir var: Qadınlar kişilərə nisbətən daha çox bu qanuna tabe olurlar. Amma mən düşünmürəm ki, bu, birbaşa bioloji məsələdir. Biznes məktəbləri gender fərqinə qarşı həmişə mübarizə aparır. Fikir verin, eyni səviyyədə hazılaşan kişi və qadınlar kursun sonunda fərqli qiymətlər alırlar. Öz-özümə düşünməyə başladım, tutaq ki, sinfə bu şəkildə girənlər dərsdə daha aktivdirlər, onda əgər onlara gücün bədən dili ilə ifadəsinə aid videolarla göstərsək və onlardan özlərini bu cür aparmalarını istəsək, onlar dərslərdə daha aktiv iştirak edərlərmi? Məqsədimiz isə çox təkrarlanan yalanın gerçək olub-olmayacağı idi. Yəni qısa müddətlik özümüzü güclü göstərsək, davranışımızdakı dəyişiklik nəticəsində özümüzü daha güclü hiss edə bilərikmi?

Artıq bilirik ki, jest və mimikalarımız başqalarının bizim haqda düşüncə və hisslərini müəyyənləşdirir. Bunun bir çox sübutu var. Lakin bizi əsl maraqlandıran sual bu jest və mimikaların özümüzə təsir edib-etməməsidir. Özümüzü güclü hiss edən zaman hərəkətlərdə gücü ifadə edən jestlər müşahidə edilir.

Amma güclü olmağa çalışanda da özümüzü güclü hiss edirik. Bizi maraqlandıran ikinci sual isə: bildiyimiz kimi, düşüncələrimizin hərəkətimizi dəyişməsi deyil, hərəkətlərimizin düşüncələrimizi dəyişib-dəyişməməsidir. Güclülərlə zəiflərin düşüncələrini fərqləndirən nədir? Təəccüblü deyil ki, güclü insanlar adətən daha iddialı, əmin və daha optimist olurlar. Hətta qumar oyunlarında belə qalib gələcəklərini düşünürlər. Onlar həmçinin daha abstrakt düşünməyə meyillidilər. Fərqlər çoxdur. Onlar daha çox risk edirlər. Fizioloji olaraq da, fərqlər var, xüsusən də iki əsas hormon testosteron - dominantlıq hormonu və kortizol – stress hormonu arasında. Aşkarladıq ki, primatların iyerarxiyasında hökmran alfa - erkəklərin testosteronu daha yüksək, kortizolu isə daha aşağı olur. Güclü liderlərdəki kimi.

Əslində isə güc stressə necə reaksiya göstərməyinizlə bağlıdır. Məlumdur ki, primatların iyerarxiyasında alfa-erkək və ya sıravi biri liderliyi ələ keçirməyə çalışanda bir neçə gün içində, onun testosteronu əhəmiyyətli dərəcədə qalxır, kortizolu isə əhəmiyyətli dərəcədə azalır. Beləliklə, sübutlar göstərir ki, bədənimiz düşüncələrimizi formalaşdırır, ən azı üzdə olan tərəfini. Həmçinin, rolların dəyişməyi də düşüncələrimizi formalaşdıra bilir. Yaxşı, bəs rolumuzu dəyişdikdə nə baş verir? Tutaq ki, ən az səviyyədə bunu etsək, kiçik manipulyasiya və az müdaxilə ilə nə baş verər? Qərara gəldik ki, adamları laboratoriyaya gətirib, balaca bir eksperiment keçirək.

Onlar iki dəqiqə ərzində güclülük, yaxud gücsüzlük pozaları almalı idilər. Sonra iştirakçılardan tüpürcək nümunəsini götürdük, onlara iki dəqiqəlik “belə və ya elə edin” deyirdik. Pozaların şəkillərini göstərmirdik. Çünki gücü görmələrini deyil, gücü hiss etmələrini istəyirdik. İki dəqiqə ərzində onlar bu cür edir, sonra da onlardan “Özünüzü nə qədər güclü hiss edirsiniz?” soruşurduq. Bütün təcrübə bundan ibarət idi.

Bunları aşkar etmiş olduq: Güc pozasında olmuş insanların 86%-i riskə meyillilik oyunu olan qumar oynamağı seçdilər. Gücsüzlük pozasında olanların isə ancaq 60%-i. Bu da da kifayət qədər əhəmiyyətli fərqdir.

Bu isə testosteron testindən aşkarladıqlarımızdır: Gəldikləri andan etibarən güclülük təcrübəsindən keçənlərin testosteronunda 20%-lik artım, digərlərində isə 10%-lik enmə olub. Cəmi iki dəqiqəyə bu dəyişikliklərə nail olmaq olur.

Kortizol nəticələri: Güclülük pozasında olanların kortizolunda 25%-lik enmə, digərlərində isə 15%-lik artım var.

Cəmi iki dəqiqə və hormonal dəyişiklik! Deməli, bədən dilimiz özümüz barədə də necə düşünməyimizi və nə hiss etməyimizi müəyyənləşdirir. Yəni qeyri-verballar yalnız başqaları üçün deyil.

Bu, laboratoriya şəraitində, iki dəqiqəlik bir eksperimentdir. Bəs real həyatda bunu necə tətbiq etmək olar? Təbii ki, bizi də əsas maraqlandıran budur.

Adətən harada qiymətləndirilirik? Yeməkxanada, məktəbdə, iş üçün müraciət etdikdə və sair...

Fikirləşdik ki, çoxlarınızı məhz iş müraciətləri maraqlandırar, çünki aşağı-yuxarı hamının belə bir təcrübəsi var.

Beləliklə, nəticələri dərc etdik. Geniş müzakirələr oldu. Jurnalistlər belə bir sual verdilər: “Deməli, iş üçün müraciət etdikdə bizi qəbul edən insanın qabağında əllərimizi V şəklində açıb, ayaqlarımızı da masanın üstünə uzatmalıyıq?” Təbii ki, xeyr! Əlbəttə, yox! Biz bunu nəzərdə tutmurduq. Belə etməyiniz məntiqsizdir!

Bu, sizin başqaları ilə deyil, özünüzlə ünsiyyətiniz üçündür. Qəbuldan öncə adətən nə edirsiniz? Başınızı aşağı salıb Ayfonda qurdalanırsınız və növbənizi gözləyirsiniz.

Ya da qeydlərinizi gözdən keçirirsiniz, bükülərək, gərgin şəkildə. Amma tualetdəki kimi rahat olsanız, nəticə fərqli olacaq.

Bu dəfə fərqli eksperiment etdik. İştirakçılara laboratoriyada güclülük və zəiflik pozalarından sonra iş üçün müraciət etmələri tələb olundu.

İşə qəbul üçün ümumiyyətlə, qeyri-verbal emosiyasız, üzündə heç bir ifadəsi olmayan bir insan seçmişdik.

5 dəqiqəlik müsahibə videoya çəkilirdi. 5 dəqiqə ərzində emosiyasız üzə baxmaq sorğu-suala tutulmaqdan daha betərdir. Heç kəs bunu sevmir. Marian LaFrance bunu “sosial bataqlığa düşmək” adlandırır. Bu, kortizol səviyyəsini artırır. Nəticələri görmək üçün onları belə bir müsahibədən keçirdik. Sonra koderlərə bu çəkilişlərdən dördünü göstərdik. Şərtlərdən, gözləntilərimizdən xəbərsiz idilər. Kimin hansı poza aldığından xəbərsiz idilər. Video-yazılara baxdıqdan sonra “bunları işə götürmək istəyirik” deyərək, güclülük pozası almış insanları göstərdilər. Məsələ onların nə danışdıqları ilə bağlı deyil, məsələ onların ünsiyyətə qatdıqları bədən dilidir.

Məsələn, nitqləri nə dərəcədə düzgündür? Hansı üstünlükləri var? Bu göstəricilərin heç bir fərqi yox idi. Və mən insanlara deyəndə ki, bədənimiz düşüncəmizi, düşüncəmiz davranışımızı, davranışımız isə nəticələrimizi dəyişə bilər, “Bu bir az saxta deyil?”, - deyirlər.

Həqiqətə çatana qədər imitasiya edin!

Diliniz qədər varsınız, yaxud belə: İnsan dilinin altındadır...

Tarix
2018.01.26 / 08:00
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla