Yuxarı

Çində qeyri-adi şəhər salınır: 1 milyon çiçək...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli italyan memar Stefano Boeri "Liuzhou Forest City" adlı yeni layihəsini təqdim edib.

Kult.az Qaynarinfo-ya istinadən xəbər verir ki, layihə Quanqxi Zuanq Muxtar Vilayətində reallaşdırılacaq. Layihənin məqsədi ətraf mühitin, təbiətin mühafizəsi, hava kirliliyinin qarşısının alınmasıdır. "Liuzhou Forest City"də 40 min ağac, 1 milyon çiçək əkiləcək, nəticədə bitkilər il ərzində 57 ton karbonu udub, 900 ton oksigen ifraz edəcəklər. Memar bildirir ki, şəhərin inşası və bitkilərin əkilməsi ilə təkcə havadakı karbondioksid miqdarı azalmayacaq, həmçinin tikililərin iç və çölündə 3 dərəcə temperatur fərqi olacaq, yayda isə bu fərq 30 dərəcəyə qədər qalxacaq.

Şəhərin 175 hektarı Liujianq çayından keçir və ərazi 30 min nəfərin yaşaması üçün nəzərdə tutulub. İnsanlarla birlikdə bitki aləminin zənginliyi, meşələrin mövcudluğu buranı heyvanlar üçün də əlverişli yerə çevirəcək. Şəhərdə xəstəxana, iş mərkəzi, günəş panelləri, isitmə sistemi və s. lazımi obyektlər inşa ediləcək.

1956-cı ildə doğulan Stefano Boeri oxşar layihəsini Çinin hava şəraitinin həddindən artıq pis olduğu Şanxay və Honkonq şəhərlərində də reallaşdırmaq istəyir.

Tarix
2018.02.13 / 02:32
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla