Yuxarı

Fond 14 Fevral gününü qeyd etdi – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü (İnternational Book Giving Day) münasibətilə mütaliənin təbliği istiqamətində silsilə tədbirlər həyata keçirib.

Kult.az xəbər verir ki, Fondun əməkdaşları "İmzalı görüş" layihəsi çərçivəsində uşaq yazarı Aygün Bünyadzadə ilə birlikdə "Ümid İşığında" Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin nəzdində reablitasiya kursu keçən fiziki qüsurlu uşaqlarla görüşüblər.

Görüşdə uşaq yazarı müəllifi olduğu hekayələri oxuyub və dinləyicilərlə fikir mübadiləsi aparıb. Fondun nümayəndələri A.Bünyadzadənin kitablarını azyaşlı oxuculara hədiyyə ediblər.

Həmin gün Bilik Fondundan kitab hədiyyəsi alan qurumlardan biri də Respublika Talassemiya Mərkəzi olub. Mərkəzin direktoru Valeh Hüseynov Fondun fəaliyyətini yaxından izlədiyini, xüsusən mütaliə mədəniyyətinin təbliği ilə bağlı aksiyalarının üstünlüklərini vurğulayıb. Direktor Fondun hədiyyə etdiyi kitabları Mərkəzdə müalicə alanlara təqdim edib.

Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Fondun Feysbuk səhifəsində elan edilən "Oxuyaq, öyrənək, öyrədək" adlı aksiyanı da izləyicilər məmnunluqla qarşılayıblar. Fevralın 14-də 100-dən çox yeniyetmə və gənc Fonda gələrək, kitab hədiyyələrini seçiblər. Aksiyaya tələbələrlə yanaşı, tanınmış şəxslər, jurnalistlər və ictimaiyyət nümayəndələri qatılıblar.

Oxucular seçdikləri müxtəlif məzmunlu kitabları həvəslə mütaliə edəcəklərini bildirib və belə aksiyaların davamlı olmasını arzulayıblar.

Tarix
2018.02.14 / 22:55
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla