Yuxarı

Vensan Kassel: 5 aya 20 kilo kökəlməyə məcbur olan məşhur

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vensan Kassel 23 noyabr 1966-cı ildə Parisdə aktyor Jan Pyer Kasselin ailəsində anadan olub. Kassel aktyorluq karyerasına Nyu Yorkda başlayıb, daha sonra isə Fransaya qayıdıb. Ölkəsində bir neçə il Jan Lui Barronun teatrında işləyib. Bu teatrda o bir çox tamaşada çıxış edib.

İtalyan aktrisası Monika Belluçi ilə yaxın vaxtlara qədər evil olan Vensenin bu nikahdan 2004-cü il sentyabrın 12-də qızı dünyaya gəlib. 2010-cu ildə isə ikinci uşaqları doğulub.

Aktyor kapoeyra döyüş növüylə məşğul olur. Onun bu istedadını "Ouşenin 12 dostu" filmində görmək olar.

Mükafatlar

Vensan Kassel 1996 və 2002-ci illərdə "Nifrət" və "Dodaqlardan oxu" filmlərindəki ən yaxşı kişi obrazına görə "Sezar" mükafatına layiq görülüb. Bundan başqa, 2002-ci ildə "Dodaqlardan oxu" filmində Pol obrazına görə "tamaşaçıların simpatiyası" nominasiyasında Avropa Kino Akademiyasının mükafatını qazanıb.

Maraqlı fakt

Bəzən aktyorlar oynayacaqları rola görə müxtəlif problemlərlə üzləşirlər. Belə bir problemlə Vensan "Dövlət düşməni N1" filmində qarşılaşıb. Belə ki, Jak Mer obrazına görə Vensan Kassel cəmi 5 ay ərzində 20 kilo kökəlmək məcburiyyətində qalıb. Amma çox qısa zamanda aldığı artıq çəkidən də azad ola bilib.

Tarix
2013.10.16 / 13:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla