Yuxarı

Leyla Əliyeva növbəti dəfə uşaqları sevindirdi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib.

Kult.az xəbər verir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Bakının əyləncə mərkəzlərindən birində keçirilən tədbirdə xüsusi qayğıya ehtiyac duyan, valideyn himayəsindən məhrum uşaqlar iştirak ediblər.

Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqları daim ailə qayğısı ilə əhatə edir və onların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili üçün mütəmadi olaraq müxtəlif tədbirlər keçirir. Uşaq evlərində və internat məktəblərində məskunlaşan, valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaq və yeniyetmələrin təlim və tərbiyəsi ilə bağlı məsələlər Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Fond onların yüksək səviyyədə təhsil almalarında, asudə vaxtlarının səmərəli təşkilində, eləcə də gündəlik qayğılarının həllində yaxından iştirak edir. Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən bugünkü tədbirdə balacalar müxtəlif maraqlı attraksionlarda əyləndilər, oyunlarda iştirak etdilər, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət aparıblar. Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar bu aksiyadan xüsusi zövq alıblar, burada gözəl istirahət edib, əylənib oynayıblar.

Müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə unudulmaz bir gün yaşadıb.

Şənliyin sonunda Heydər Əliyev Fondunun adından uşaqlara hədiyyələr təqdim edilib.

Tarix
2018.03.07 / 23:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla