Yuxarı

Ağır itki: O, türk dünyasını silkələdi... – Xalq şairi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Öz araşdırmaları ilə türkologiyaya böyük töhfə verən türkoloq, coğrafiyaşünas, publisist, yazıçı Murad Acının vəfatı onu sevənləri, dostlarını dərindən sarsıdıb.

Tanınmış yazıçı haqda fikirlərini Kult.az-la bölüşən millət vəkili, akademik Nizami Cəfərov onun yaxşı bir türkoloqla olmaqla yanaşı, həm də peşəkar publisist, jurnalist kimi də tanındığını bildirib.

“Murad Acı türkologiya üçün mühüm şəxsiyyət idi. Onun əsərləri Azərbaycan, rus dillərinə tərcümə olunaraq, həm ölkəmizdə, həm də Rusiyada geniş yayılmışdı. Türk dünyasının harasına getsək, Murad Acının kitablarını görərik. O, tarix üçün əvəzsiz xidmət göstərərək, türk dünyası miqyasından kənara çıxa bildi. Murad Acının əsərlərində mübahisəli məqamlar da var. Elə ilk əsəri işıq üzü görəndən bu mübahisələr yaranmağa başladı. Onun əsərləri türkologiyaya yeniliklər gətirdi. Bu gün Muradın əleyhdarları da, tərəfdarları da etiraf edirlər ki, o, türkologiyanı silkələdi, ümumi türkoloji fikirlərə yeni nəfəs verdi. Həmçinin Rusiyanın, xristianlığın tarixi ilə bağlı gördüyü işlər də olduqca mühümdür. Onun irəli sürdüyü fikirlər, ideyalar türkologiyada böyük bir xidmət olaraq qalacaq. Murad Acı o qədər də yaşlı deyildi, yeni işlər görə bilərdi. Allah rəhmət eləsin!” – akademik deyib.

Xalq şairi Sabir Rüstəmxanlı onun “Qıpçaq çölünün yovşanı” adlı kitabından və türkologiyadakı əhəmiyyətindən danışıb:

“Murad Acının vəfatı bizim üçün çox ağır itkidir. Onunla bir neçə dəfə məclislərdə görüşmüşük. Murad Acı türk dünyasının böyük tədqiqatçı alimlərindən idi. Təkcə türklərin deyil, həm də Rusiyanın, Avropanın tarixinə yeni baxış sərgiləyib. Ona görə də onun yanaşması əslində, tarixdə yeni bir dövrün başlanğıcı idi. Murad Acının araşdırmalarına və qaçılmaz faktlarına, dəlillərinə görə bir çox rus, Avropa alimi öz mövqelərini bəzən dəyişməyə məcbur olurdu. Onun “Qıpçaq çölünün yovşanı” adlı kitabı möhtəşəmdir. Xristianlığın Asiyada yayılması, islamın Avropaya təsiri və bir sıra dəyərlərin ilkin tarixi, kökü haqqında yazdıqları tarixşünaslıqda, türk tarixində böyük önəm kəsb edir. Onun xatirəsi hər zaman bütün türklərin xatirəsində yaşayacaq”.

Qeyd edək ki, məşhur türkoloq, coğrafiyaşünas, yazıçı Murad Acı bu gün vəfat edib. O, 9 dekabr 1944-cü ildə Moskvada anadan olmuşdu.

Tarix
2018.03.10 / 08:15
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla