Yuxarı

Killerin qoruduğu qız - NATALİ PORTMAN

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın dünyaca ünlü aktrisası Natali Portman 1981-ci il iyunun 9-da Yerusəlimdə Avner Xerşlaq və Şelli Stivensin ailəsində anadan olub. 1988-ci ildə Natali Portman öz valideynləri ilə birlikdə Nyu Yorka köçüb. Aktrisa həm İsrail, həm də ABŞ vətəndaşıdır. Bununla bağlı aktrisa belə deyir: "Mən Birləşmiş Ştatları çox sevirəm, lakin mənim ürəyim Yerusəlimlədir, ora mənim üçün daha doğmadır".

Aktrisa 4 yaşında olarkən rəqslə məşğul olub və yerli truppalarda çıxış edib.

Kino ulduzu olmaqdansa…

Portman 2003-cü ilin iyununda psixologiya bölməsi üzrə Harvard Universitetinin məzunu olur. Müsahibələrindən birində bildirir ki, Universitet karyerama mane olduğu üçün heç də narahat deyiləm. Maraqlı cəhətsə ondan ibarətdir ki, Portmana görə məşhur kino ulduzu olmaqdansa, təhsilli olmaq daha vacibdir.

Poliqlot

O, ivrit və ingilis dillərindən başqa, fransız, alman, ərəb və yapon dillərini öyrənir. Natalinin 11 yaşı olanda Revlon firması ona model olmağı təklif edib. Lakin bütün fikrini aktrisa olmağa yönəltdiyindən bu təklifə razılıq verməyib.

13 yaşdan başlayan böyük yol

1994-cü ildə Natali Portman Lyuk Bessonun "Leon" filmində Matilda obrazına görə kastinqdə iştirak edir və filmdə oynamağa dəvət alır. "Leon" filmi 1994-cü il noyabrın 18-də ekranlara çıxır və tamaşaçılar tərəfindən müsbət rəy alır. Beləliklə, Portmanın böyük kinoya gəlişi cəmi 13 yaşında baş verir.

Nəhənglərlə əlbəyaxa

1995-ci ildə Portman Al Paçino və Robert De Niroyla birgə "Əlbəyaxa" filmində rol alır. Bu film heç bir mükafata layiq görülməsə də, tənqidçilərin müsbət rəyini alır və yüksək qazanc gətirmək baxımından uğurlu film kimi dəyərləndirilir.

1996-ci ildə aktrisa daha üç filmdə çəkilir. Bunlar "Gözəl qızlar", "Hamı səni sevdiyimi deyir" və "Mars hücum edir" filmləridir. Bir il sonra Portman "Anna Frankın gündəliyi" bədii filmində baş rolda çıxış edir. 2000-ci ildə "Ürək olan yerdə" filmində 17 yaşlı hamilə qızı canlandırır.

Qara qu quşunun uçuşu

Bu filmlərdən başqa 2004-cü ildə Zakk Braffin "Bağlar ölkəsi", Mayk Nikolsun "Yaxınlıq", "V, yəni Vendetta", 2009-cu ildə "Qardaşlar" və başqa filmlərdə rol alır.

2010-cu ilin sentyabrında isə aktrisanın baş rol aldığı məşhur "Qara qu quşu" filmi ekranlara çıxır və böyük uğura imza atır.

Ət yeməyən qızın sevgililəri

Natali Portman 8 yaşında vegeteryan olur və ət məhsullarından tamamilə imtina edir. O, xəz və dəridən olan geyimlər geyinmir. 2007-ci ildə aktrisa özünün süni materiallardan hazırlanmış ayaqqabı fabrikini açır. 2011-ci ildə Portman hamiləlik zamanı uşağının xatirinə vegeteryanlıqdan əl çəkir. 2004-2005-ci illərdə Natali Afrikanın ən kasıb ölkələrinə kömək üçün səyahət edir.

Natali Portmanın aktyor Qael Qarsia Bernal və Ceyk Gillenxolla romantik münasibətləri olur. Eyni zamanda, "Marun 5" qrupunun solisti Adam Levinlə görüşdüyü söylənilir. Bir müddət sonra isə aktrisa məşhur multimilyarderlər ailəsinin üzvü Net Rotşildlə görüşür.

Və nəhayət, Hollivud aktrisası əsl sevgini "Qara qu quşu" filminin çəkilişi zamanı Nyu-York balet teatrının rəqqası Benjamen Milpeydə tapır. 27 dekabr 2010-cu ildə cütlük nişanlanır. 14 iyun 2011-ci ildə isə onlarin oğlu Alef Portman-Milpe dünyaya gəlir. 2012-ci il avqustun 4-də Portman və Milpe evlənir.

Qeyd edək ki, Natali Portman 2005 və 2011–ci illərdə "Qızıl Qlobus", 2011-ci ildə "Oskar" və "BAFTA" mükafatlarına layiq görülür.

Tarix
2013.10.11 / 14:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla