Yuxarı

Fəxriyyə Xələfova Daşkənddə mətbuat konfransı keçirdi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistana gələn tanınmış Azərbaycan modelyeri, Əməkdar İncəsənət Xadimi, “Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyyə Xələfova Daşkənddə jurnalistlər üçün mətbuat konfransı keçirib.

Kult.az xəbər verir ki, Daşkənddə “Dünyanı gözəllik xilas edəcək” devizi altında keçiriləcək “Miss Union Fashion-2018” üçüncü beynəlxalq müsabiqəsində iştirak etmək üçün Özbəkistana gəldiyini bildirən Fəxriyyə Xələfova bu tədbirə özbək ipəyindən istifadə etməklə hazırladığı 12 milli qadın geyimi ilə qatılacağını deyib.

Modeyler-rəssam Bakıda keçirilən “Miss Union Fashion–2016” müsabiqəsi haqqında da söhbət açıb.

F.Xələfova Daşkənddəki Özbəkistan Tətbiqi İncəsənət Muzeyində olduğunu, muzeyə özbək ipəyindən istifadə edilməklə hazırladığı milli qadın geyimi bağışladığını bildirib. O deyib ki, muzeydə “Gulnara Fashion” dəb evinin rəhbəri Gülnara Muxammedova ilə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Fəxriyyə Xələfova qeyd edib ki, Özbəkistan Tarixi Muzeyində də olub, muzeyə Azərbaycan milli qadın geyimi bağışlayıb və bu, çox maraqla qarşılanıb. “Muzeyin direktoru, professor Cannat İsmayılova ilə belə razılığa gəldik ki, Azərbaycan və özbək milli qadın geyimlərindən ibarət kataloq hazırlayaq. Nəşrdə bu sahədə istifadə edilən parçalar, Azərbaycanın və Özbəkistanın regionlarına aid geyimlər, aksessuarlar, ornamentlər əksini tapacaq. Elə bilirəm ki, bu kataloq həm Azərbaycan, həm də Özbəkistanda maraqla qarşılanacaq”, - deyə F.Xələfova əlavə edib.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Salonda özbək milli geyimləri, suvenirləri və müxtəlif əl işləri də nümayiş etdirilib. Müxtəlif ölkələri təmsil edən qızlar uğurları münasibətilə Fəxriyyə Xələfovanı təbrik ediblər.

Sonda qarşılıqlı olaraq suvenirlər bağışlanıb.

Tarix
2018.03.19 / 21:36
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla