Yuxarı

Aybəniz Haşımova: “Atam anamı 7 dəfə qaçırdıb” - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baxmayaraq ki, ailəmizdə qanunlar sərt idi, mən çox sərbəst böyümüşəm".Bu sözləri APA TV-nin "Kimsən sən" verilişinin qonağı olan Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova qızı Aynişanla söhbətində deyib.

Müğənni xoşbəxt uşaqlıq illərini həvəslə xatırlayır: "Bəlkə də bütün dünyanı axtarsaydılar, mənim qədər xoşbəxt uşaq tapmazdılar. Uşaqlıq həyatımı rəssam kimi tabloya çəksəm, hər kəs həsəd aparar. Çünki hamı məhz elə bir uşaqlıq yaşamaq arzusundadır".

Aybəniz Haşımova uşaqlıqda müğənni olmaq istəmədiyini gizlətməyib: "Mən sadəcə yaxşı təhsil almaq istəyirdim. Müğənni olmaq fikrim yox idi. Arzum ali təhsil alıb prokuror olmaq idi. Ancaq o zamanlar Heydər Əliyev mənim səsimi eşidib dedi ki, onu Bakıya oxumağa gətirin. Amma evdən buraxmadılar. Mən də bir həftə yemək yemədim, hamıdan küsdüm. Ancaq sonda ailəm razılaşdı və mən Bakıya gəlib, ən yaxşı müəllimlərdən dərs aldım".

Əməkdar artist hamıya inanmağının zəif cəhəti olduğunu və buna görə bəzən peşmançılıq çəkdiyini deyib: " Mən hamını yaxına buraxıram. Onun dərdi-səri, xeyri-şəri hamısı mənimdir. Məncə, doğrusu da elə budur. Saxtalığı sevmirəm. İnsan mənim üçün ya var, ya da yoxdur. Yalandan gülməyi bacarmıram. Amma bir müddət sonra insanların əsl siması açılır. Buna görə əsəbiləşirəm. Düşmənim yoxdur. Hamımızın adı bəlli olan bir düşmənimiz var. Sadəcə, məni istəyib-istəməyən var".

Əməkdar artist "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı qızı Aynişan Quliyevanın yox, tələbəsi Fərid Məmmədovun təmsil etməsinə də münasibət bildirib: "Aynişan seçim turuna öz istəyi ilə qatılmışdı, mənim yox. Ona görə də müsabiqəyə Fərid getdi".

Sonda valideynlərini yadına salan Aybəniz Haşımova atası ilə anasının çətin baş tutan nikahından danışıb: "Valideynlərimin hər ikisi bəy övladı olub. Atam o qədər yaraşıqlı kişi idi ki, anamı ona vermirdilər. Babam deyirmiş ki, yaraşıqlı kişinin macəraları çox olur. Atam anamı 7 dəfə qaçırdıb. Axırda babamgil və anam insafa gəlib və toyları olub".

Tarix
2013.11.27 / 10:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla