Yuxarı

Nigeriyalı jurnalistlər Bakıda çəkiliş aparır - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada fəaliyyət göstərən və aktiv şəkildə ölkəmizi təbliğ edən Azərbaycanın Dostları Cəmiyyətinin sədri Büllurə Bayramova Bernardın təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Nigeriyanın tanınmış jurnalistləri, televiziya programları aparıcıları millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin sədri Qənirə Paşayeva ilə görüşüblər.

Kult.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Afrikanın əhali baxımından böyük ölkələrindən olan Nigeriya ilə əməkdaşlığa Azrbaycanın önəm verdiyini deyib. Q.Paşayeva Nigeriyada Azərbaycanın daha geniş tanıdılması istiqamətində Azərbaycanın Dostları Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirib.

Azərbaycan, mədəniyyətimiz, Qarabağ həqiqətləri barədə danışan millət vəkilinı ölkəmiz haqqında verilişlər hazırlayan nigeriyalı jurnalistlər ənənələrimizi, mədəniyyətimizi, mətbəximizi çox bəyəndiklərini deyiblər.

Görüşdən sonra qonaqlar Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovanın evində Novruz bayramı ənənələri ilə daha yaxından tanış olublar, çəkilişlər aparıblar. Azərbaycanın bayram və mətbəx ənənələri ilə bağlı Milli Kulinariya Mərkəzinin rəhbəri, Azərbaycan mətbəxinin dünyada təbliğində böyük işlər görən, 31 kitab hazırlayan Tahir Əmiraslanov və Arzu Bağırova qonaqlara geniş məlumatlar veriblər.

Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümü ilə bağlı təşkilatın Nigeriyada keçirməyə hazırlaşdığı böyük tədbir və konsert proqramı ətrafında da geniş müzakirələr aparılıb və millət vəkili Paşayeva bu cür layihələrin böyük əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşün sonunda qonaqlara Azərbaycan mədəniyyətinə dair hədiyyələr təqdim olunub.

Tarix
2018.03.23 / 00:26
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla