Yuxarı

Oda Teatrı polisi məhkəməyə verir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis tərəfindən fəaliyyətinə maneə yaradılan Oda Teatrı məhkəməyə müraciət edəcək.

Teatrın təsisçisi və direktoru Elmin Bədəlovun "Axar.az"a verdiyi məlumata görə, artıq bununla bağlı hüquqi işlər də aparılır: "Məlum olduğu kimi noyabrın 23-də Nəsimi Rayon Polis İdarəsinin və həmin idarənin 22-ci polis bölməsinin əməkdaşları teatrımıza daxil olaraq axtarış aparmışdılar. Polis əməkdaşları teatra daxil olarkən heç bir məhkəmə qərarı və hər hansı bir sənəd təqdim etməyiblər. Teatr üzvləri bununla bağlı sənəd tələb etsələr də, buna məhəl qoyulmayıb. Eyni zamanda teatrın yerləşdiyi "Zirzəmi" adlı məkanın açarları, icarə müqaviləsi polislər tərəfindən müsadirə edilərək, teatrın fəaliyyəti bir günlük dayandırılmışdı. Bunlarla yanaşı həmin gün teatrın tamaşası təxirə salınmış, "Zirzəmi" məkanında keçiriləcək tədbir də hadisə üzündən baş tutmamışdı. Biz bütün bunları qanunsuzluq hesab edir və tədbirlərin təxirə düşməsi, teatrın fəaliyyətinə əngəl yaradılması büdcəmizdə ciddi maliyyə sıxıntıları yaradıb.

Eyni zamanda bütün bunlar baş verəndən sonra teatra maddi ziyan dəyib. Oda Teatrı da baş verənlərlə bağlı məhkəməyə müraciət hazırlayır. Artıq tanınmış vəkillər qarşıdakı günlərdə iddia ərizəsini məhkəməyə göndərəcək".

Qeyd edək ki, teatr yaranmış problemlərə baxmayaraq, fəaliyyətini davam etdirir. Noyabrın 30-da 3 dəfə tamaşa nümayiş etdirəcəklər. Teatra dekabrın 1-də icarəyə götürdükləri məkanı tərk etmələri tapşırılıb.

Tarix
2013.11.27 / 13:58
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla