Yuxarı

Təkcə ermənilərmi; bəs gürcülər bizə nələr edib? - Alim

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümhuriyyət dövrü və ondan sonra Sovet illərində erməniləri və rusları ittiham edirik.

Kult.az xəbər verir ki, bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev qeyd edib. O bildirib ki, bu ikiliyə dəstək verən gürcü siyasilərini və bolşeviklərini yaddan çıxarırıq:

"Tarixçilər gürcülərin Zaqafqaziya Seymində, Cümhuriyyət dövründə bizimlə ərazi məsələlərində dirəşmələrini, mart hadisələri zamanı soyqırımda 2 minə qədər gürcünün iştirakını, almanlarla iş birliyinə getməsini, Sentra Kaspi diktaturasında, bolşeviklər dövründə bizə etdiklərini unudurlar. Bundan başqa, onların Borçalını zorla zəbt etməsi, azərbaycanlılara məxsus Tiflisdə qədim tarixi abidələri gürcüləşdirmələri, Quba xanı Fətəliyə sui-qəsd etmələri, Gəncə qapılarını aparmaları və yüzlərlə faktı niyə göz ardı edirlər?"

Z.Əliyev vurğulayıb ki, ətrafımızda ancaq bizə düşmənlərdir:

"Bir dostumuz da yoxdur ki, sərhədlərimiz kənarında güvənə bilək".

Tarix
2018.04.07 / 22:44
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla