Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyul 2018


Ölkə TV Azərbaycandan reportaj hazırladı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ölkə TV (Ülke TV) kanalı Azərbaycan haqqında reportaj yayımlayıb.

Kult.az xəbər verir ki, kanalın Azərbaycanda olan müxbirləri hazırladıqları reportajda Türkiyə ictimaiyyətinə ölkəmizin tarixi, mədəniyyəti, xalqımızın adət-ənənələri haqqında ətraflı məlumat verirlər. Qardaş ölkələr olan Azərbaycanın və Türkiyənin bir millət, iki dövlət olduğu bildirilir.

Paytaxt Bakı şəhərinin müxtəlif görməli yerlərində olan türkiyəli müxbirlər tarixi abidələrin, qədim və müasir tikililərin, təmiz küçələrin, parkların, geniş yolların şəhərə xüsusi gözəllik verdiyini bildirirlər. Dağüstü parkdan şəhərin mənzərəsinin xüsusilə gözəl göründüyü vurğulanan reportajda Azərbaycan paytaxtının müasirliyin və qədimliyin sintezi olduğu diqqətə çatdırılır.

Reportajda Bakının əsrarəngiz gecə görüntüsünə malik olduğu da vurğulanır, bu şəhərə gəlmək istəyənlərə Heydər Əliyev Mərkəzinin qeyri-adi gözəl binasını mütləq ziyarət etmək tövsiyə olunur.

İçərişəhərdən geniş bəhs edilən reportajda Bakı sakinlərinin və qonaqların fikirlərinə də yer verilir. İnsanları heyran edən İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə birgə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edildiyi bildirilir. İçərişəhəri ziyarət edən turistləri qədim tarixə səyahət gözlədiyi diqqətə çatdırılır.

Tarix
2018.04.17 / 18:29
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Milyonlar qazananlar… - Siyahı açıqlandı

Moldova prezidentindən Bakıya jest - Foto

Akademik medianı təbrik etdi

Rus bloger Bakı ilə bağlı çarx hazırladı - Video

Bakıda soyqırımlarla bağlı beynəlxalq mərkəz işə başladı

Məşhur aktrisa vəfat etdi - Foto

Məşhur azərbaycanlını kobra sancdı: Misirə aparıldı - Foto

Bakı metrosunda “terrorçu”: Xainlər, satqınlar...

Bakıda Fransanın milli bayramı qeyd edildi - Foto

Tanınmış aparıcıya görə onlar saçını qırxdırdı - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla