Yuxarı

Yazıçının başına gələn şok olay: KQB vəsiqəli yadplanetlilər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu hadisə yazıçı və şair Yevgeni Dmitriyeviç Lebkovun başına gəlib. 1975-ci ildə həyat yoldaşından ayırılan Yevgeni fikirlərini dağıtmaq üçün Kunaşir adasına gəlir. Burada o, Tyatya vulkanı yaxınlığında məskən salır.

Teleqraf.com-un məlumatına görə, həmin il avqustun 14-də radioda Tyatya vulkanının 2 həftə sonra aktivləşəcəyi ilə bağlı xəbər eşidir. Bundan sonra o, tilovunu götürərək, yaxınlıqdakı çayda balıq tutmaq fikrinə düşür. Çaya yaxınlaşdığında səmadakı qəribə qara buludlar diqqətini çəkir. Tilovu çaya atır və...

Yazıçı bundan sonra heç nəyi xatırlamadığını deyir. Gözünü açanda isə balaca daxmasındakı yatağında uzanmış halda olur. Başındakı dəhşətli ağrılarla pəncərədən boylanır və küçədə 3 nəfərin masa arxasında oturduğunu görür. Bunlar ovçular idi. Ovçular onun yaxşı olduğunu gördükdə yanlarına çağırır. Bu zaman vulkan aktivləşir. Bu hadisə Yevgenini çaş-baş salır. O öz-özünə deyir: “Axı vulkan avqustun sonu aktivləşməli idi”.

Bu zaman ovçulardan biri ona cavab verir: “Bu gün avqustun 29-du”.

Çox qəribədir. Avqustun 14-ü huşunu itirən yazıçı avqustun 29-u gözlərini evində açır. Bəs bu müddətdə o, harada olub? Ovçuların sözlərinə görə, Yengeni sərxoş halda daxmaya özü gəlib. Ancaq yazıçı bunların heç birini xatırlamır. Xatırladığı isə huşunu itirdikdən sonra eşitdiyi qəribə səslər olur. O, bir müddət bunu heç kəsə danışmır. Çünki o bunu danışsaydı, hamı yazıçını dəli hesab edəcəkdi.

1981-ci ildə Moskvaya qayıtdıqdan sonra Yevgeni SSRİ Yazıçılar Birliyinə gəlir. O, yazıçılarla söhbət etdiyi zaman fikirlərini söyləyir. Növbəti günün səhəri saat 7-də naməlum şəxslər Yevgeninin yatdığı otağa daxil olur. Onların gözlərində qara eynək, əyinlərində isə qara kostyum vardı. Yazıçıdan olanları soruşurlar. Yevgeni olanları bir-bir danışır. Daha sonra kostyumlu şəxslər ona KQB agentləri olduqlarını və onlarla getməli olduğunu deyir. Ancaq yazıçı buna razı olmur. Bu zaman həmin şəxslər Yevgenini hədələyir: “Ağzını bərk saxla. Bunu danışsan, sənin çox ciddi problemlərin ola bilər. Çox güman ki, həmin adada yadplanetlilərin bazası var”.

Qara kostyumlu şəxslər gedərkən bölgənin yaşlı sakinlərindən biri onları görür.

Sonradan Yevgeni başına gələnləri radioda səsləndirir. Bu zaman qoca qadın radioya bağlanaraq, həmin şəxslərin görünüşlərini təsvir edir:

“Qara kostyumlu şəxslər qara xarici maşına əyləşdilər. Maşının qeydiyyat nömrəsi yerli deyildi. Heç o gənclər də rusa oxşamırdı, daha çox çinliyə bənzəyirdilər. Mən bilmirdim ki, bizim təhlükəsizlik xidmətimizdə çinlilər işləyir”.

Ancaq bütün bunlara baxmayaraq, Yevgeninin başına gələn hadisə sonunadək çözülmür.

Adətən, hesab edirlər ki, “qara paltarlı adamlar” fenomeni Qərbdə yayılıb. ABŞ-da onlar özlərini əslində olduğundan tamam fərqli vəsiqəylə Federal Təhlükəsizlik Bürosunun əməkdaşları kimi təqdim edirlər. SSRİ zamanında onlar özlərini KQB üzvü kimi təqdim edirdilər. Yəqin ki, indi də FTX kimi təşrif buyururlar.

Tarix
2018.04.23 / 02:05
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla