Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Dekabr 2018


Maşınlardakı general libaslı sərkərdə fotosu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:50

Təqvim anlayışı əslində şərti xarakter daşıyır. Ayrı-ayrı xalqların və millətlərin sərəncamında olan Ay, Günəş və Yulian şkalasına görə belə demirəm. Söhbət ondadır ki, indi texnoloji üsullarla bir neçə əsr keçmişə və ya gələcəyə getməyin mümkünlüyü halında zaman məfhumu tamamilə öz əhəmiyyətini itirib.

Adi və ölümlü bəndələrin ömrünü ölçən cihazları tarixin fövqünə qalxan siamalara tətbiq eləmək olmaz. Ona görə 95 illik yubileyini qeyd etdiyimiz böyük dövlət adamı Heydər Əliyevin yalnız doğum günü var. Belələri bütün dövrlərin müasirləri olaraq qalacaqdır.

Ölməzlik buna deyirlər.

Heydər Əliyevin şəxsi həyatı varmı? Xeyr, yoxdur. Çünki az qala əsrə bərabər olan bir ömür yaşayasan, onun da hamısı millətə xidmətdə keçə, onda ayırıcı sərhədlər itir. Xalqın uğur və çətinlik tarixini ardıcıl izləyəndə görürsən ki, dəqiqliklə bir şəxsiyyətin ömrünün sətirlərini gözdən keçirirsən.

Təmsil etdiyin topluma bağlılıq və ona ruhən-cismən qarışmaq belə olur.

Heydər Əliyev müstəqilliyin xilaskarı olduğundan onu Cümhuriyyət mirasını qoruyub saxlayan lider sayırlar. Gerçəkdən də belədir. O üzdən 100 illiyini qeyd etməyə hazırlaşdığımız Demokratik Respublika ilə Heydər Əliyevin 95 illiyi bir-birinə bağlı hadisədir və əslində biz onu vahid bir yubiley kimi qeyd edə bilərik. 5 illik fərq burada çox nisbidir. Cümhuriyyətimizlə Heydər Əliyev yaşıddır. Bu gün həm də dövlət müstəqilliyimizin günüdür.

Bəli, Heydər Əliyev sovet dövlətinin rəhbərlərindən biri olub və beləliklə, onun yüksəkliyini bütün tariximiz ərzində başqa heç kəs fəth edə bilməyib. Biz çox arzulayırıq ki, müstəqillik illərində onun yolunu davam etdirənlər müasir Rusiyanın və ya Amerikanın da rəhbər orqanlarında təmsilçilik hüququ qazansınlar. Bax, onda biz deyə bilərik ki, o ugurları təkrar etməyi, ona yaxın gəlməyi bacaranlar var. Deməli, fərdi nümunələr və qəhrəmanlıqlar hər bir vətəndaşa siyasi böyümə üçün mayak rolunda çıxış edə bilir.

Onun mənsub olduğu millətin taleyindəki əvəzsiz xidmətlərindən hamı danışır. Amma hər birimiz minlərlə insan tanıyırıq ki, Heydər Əliyev onların şəxsi həyatında bilavasitə iştirak edib, taleyinə birbaşa təsir göstərib. Ev-eşik sahibi edib, təhsil, karyera qurmasında misilsiz zəhmət çəkib və elələrin həyatında dərin izlər qoyub. Yalnız İlahinin belə səlahiyyəti var, qalan adamlar çox məhdud dairədə belə fədakarlıqlar edə bilir. Bu mənada “Xalqın Heydər Əliyevi” termini nə qədər dogrudursa, ”Heydər Əliyevin xalqı” ifadəsi də bir o qədər yerinə düşür.

Belə insanların tarixdəki yeri subyektlərin iradəsindən asılı deyil. Nə təmənnalı və saxta təriflər, nə də qərəzli hücumlar onu tarixdəki yerindən qopara bilməz.

Doğrudur, o, sistem adamı idi. Dünyada çekistlərin təmsil etdikləri sirli və cazibəli orqanı belə adlandırırlar. Xüsusilə də dünya imperiyasının paytaxtı Moskvada DTK-nın şinelindən çıxaraq Kremlə ucalan xeyli nomenklatura təmsilçisi dəyişən formasiyanın axarında əriyib yox oldular. Amma bütün dünya gördü ki, Heydər Əliyev sistemin deyil, özünün sistemi olan şəxsiyyət kimi iki fərqli ideologiyanın qəhrəmanı olmağı bacardı. ”Sistem adamı və öz sistemi olan adam” kateqoriyaları bir-birindən köklü fərqlənən hadisələrdir.

Heydər Əliyevə rəqibçilik edənlər həmişə olub və indi də var. Axı dahilər doğulan kimi kütbeyinlər onlara qarşı birləşməyi yaxşı bacarırlar. Onun kölgəsini və yaxud heykəlini qarabaqara izləyənlər hər zaman mövcud olub. Məsələn, Meksikada onun əleyhinə aparılan kampaniyanı xatırlayırsız və orada qoyulan heykəli götürmək məcburiyyəti yarandı. Nəticəsi nə oldu? Həmin yer sanki əbədilik Heydər Əliyevə məxsus olaraq qaldı. Çünki Ulu öndərin böyüklüyü, gücü, əbədliyi heykəllərdə deyil. Onların heç bir dənəsi də olmasa, Heydər Əliyevin tarixi çəkisi dəyişəsi deyil.

Sovetlər Birliyinin çöküşü illərində sadə xalqın evində, maşınında və yaxud paltarının cibində general libaslı bir sərkərdənin şəkli dolaşırdı. Qəribə bir sitayiş hadisəsiydi bu. Çünki İttifaqın sütunlarından aşağı yuvarlananların çoxu dərhal cəmiyyətin mühakimə dəyirmanında üyüdülüb toza çevrilirdilər. Qəribədir, hələ o illərdən hamı deyir ki, o rütbə kişiyə necə də yaraşırdı. Adamlar sadəcə öz kumirlərinimi belə öyüb ona parlaq ulduzlar taxırdılar, yoxsa gerçəkdənmi bir başqa qiyafəsi olan lideri vəsf edirdilər?

Yox, həqiqətdə şəxsiyyət rütbəsi uca olan Heydərin generallığı daha gözəgəlimli idi. Çünki özü “general insan” idi və təhülkəsilzik orqanlarının iyerarxiyasındakı poqonlardan çox yüksəklikdə dayanırdı.

Onun irsinin davamlığından danışanda deməliyik ki, İlham Əliyev bioloji övlad olmaqdan daha çox, Heydər Əliyevin mənəvi-siyasi varisidir. Çox çətin sınaqlardan Azərbaycanı çıxarmağı bacardığı üçün bizim ona 57 yaşlı Heydər Əliyev kimi baxmağa tam haqqımız var.

Hər bir rəhbər əliqabarlı insanların məhəbbəti ilə əbədiyaşarlıq qazanır. Heç bir qrupa, partiyaya və ya hakimiyyətə mənsubluq kimisə zorən tarixin yaddaşında saxlamır. Ona görə də 1000 yaşlı filosoflar, yaxud hökmdarlar kimi Heydər Əliyev dəyişən nəsillərin qəlbində yaşayacaq və yenidən doğulub əbədi var olacaq.

Heydər Əliyevin günü mübarək olsun!

Tarix
2018.05.10 / 16:14
Müəllif
Zahid Oruc
Şərhlər
Загрузка...
Digər xəbərlər

Yer üzünün ən qədim peşəsi açıqlandı

Cəlilabadda 4,5 minillik iki büt tapıldı - Foto

Misirdə 4400 illik məzar tapıldı

DTX-dən uşaqlar üçün yeni il sürprizi - Video

Haram olsun bu qan sənə! - Ruhi

Qurban olaq Mübarizə... - Məşhurlardan Nərminə cavab

Leyla Əliyeva ailəvi meqa-şouda - Foto

Zaur Mübarizə qarşı çıxan xanımı təhqir etdi - Foto

Qazan xanın ziyarət etdiyi Azərbaycan şeyxi

Dünyada ilk onluğa düşən, Nobel alan azərbaycanlı qadın

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla