Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Sentyabr 2018


Zirəddin: Alpinistlər bu cür həlak olub - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekstrasens Zirəddin Rzayev ötən ilin dekabrında itkin düşmüş alpinistlərlə bağlı verdiyi proqnozların doğru çıxdığını deyib.

Kult.az xəbər verir ki, ekstrasens bu barədə şəxsi İnstaqram səhifəsində yazıb. O, əvvəlcə yanvarın 16-da alpinistlərlə bağlı verdiyi proqnozu xatırladıb:

“İnstaqramda mənə tez-tez itən alpinistlər barədə suallar verirlər. Çox təəssüf edirəm, amma onlar sağ deyillər. Mən onlardan birini digərlərindən ayrı görürəm. Fikrimcə, 20 fevrala kimi alpinistlər tapılacaq. Təəccüblüdür ki, onlardan biri digər ikisindən sonra ölüb. Qoy onların yaxınları mənim sözlərimi ürəklərinə salmasınlar. Yaxşı olacağına inanaq. Ümid edirəm ki, proqnozum səhv çıxacaq, mən yanılmış olacam”.

Ekstrasens bugünkü paylaşımında isə yanvarın 16-da verdiyi proqnozla nəticəni müqayisə edib və fevralla mayı səhv saldığını bu cür aydınlaşdırıb:

“Çox təəssüf ki, alpinistləri ölü tapdılar. Məhz mənim dediyim şəkildə, əvvəl birini, daha sonra ikisini. Bir də ki, mən 2 rəqəmini görmüşdüm. Ona görə də dedim ki, alpinistlər 20.02 tarixinə kimi tapılacaqlar. Ay təqviminə görə ikinci aylı gündə - 16 mayda onlar tapıldılar”.

Qeyd edək ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyənləşdirilib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib. Daha sonra isə digər meyitlər tapılıb.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilən alpinistlərin meyitləri ailələrinə təhvil verilib.

Tarix
2018.05.17 / 11:14
Müəllif
Büllurə Yunus
Şərhlər
Загрузка...
Digər xəbərlər

Leyla Əliyeva Sülh Gününə həsr olunan tədbirdə - Foto

Nazir Kibovski ilə görüşdü: Rusiya ilə əlaqələr...

Abel Məhərrəmov bu alim haqda nələr yazdı?

“İki sahil”dən neftçilərə hədiyyə - Foto

Real TV-də müzakirə: savaşa bilirikmi? - Video

İran Xəzərin adını dəyişir, yenə də türk adı qoyur...

Polşada Bakıya həsr olunmuş fotosərgi...

Kanadada oxuyan baş redaktor oğlunun ilk filmi - Video

Əliyevlə Putinin şəxsi dostluq münasibətləri... - Səfir

Rusiyanın tanınmış müğənniləri Bakıya gəlir

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla