Yuxarı

Prezidentdən Axundovaya ad günündə gözləmədiyi hədiyyə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yazıçı-publisist, millət vəkili Elmira Axundova “xalq yazıçısı” fəxri adına layiq görülüb.

Kult.az xəbər verir ki, Elmira Hüseyn qızı Axundova 1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olub. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnib.

1976-cı ildə BDU-nun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. İlk bədii tərcüməsini - Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirib.

Əmək fəaliyyətinə stenoqrafçı kimi başlayıb, sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977-1980) olub. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləyib (1980-1988). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olub (1988-1991). "Literaturnaya qazeta"nın (1990-1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993-2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilib (1991). Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvüdür (1995-ci ildən).

Hazırda Bakı Slavyan Universitetinin tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının dosentidir (2002-ci ildən). Onun tərtib və tərcümə etdiyi "Azərbaycanın gənc nəsri" antologiyası 1984-cü ildə "Yazıçı" nəşriyyatında kütləvi tirajla buraxılıb.

Rus dilində "Fərmanla əfv edilmişdir..." (2000), "Poliqrafçının ölümü" (2001), "Həqiqət anı" (2003), "Əlövsət Quliyev: o tarix yaradırdı" (2003, şərikli), "Bu bizik" (2003), "Yaşamaq əyyamı" (2003) kitabları kütləvi tirajla buraxılıb.

2005-ci ildən Milli Məclisin üzvüdür.

Qeyd edək ki, E.Axundova “xalq yazıçısı” adına layiq görülməsi ilə bağlı sərəncamdan xəbərsiz olub. Oxu.az olayla bağlı millət vəkilinin münasibətini öyrənmək istəyib. E.Axundova isə “nə sərəncam?” deyə təəccüblənib və sərəncamın oxunmasını xahiş edib. Daha sonra iştirak etdiyi tədbirdə sərəncamı indi eşitdiyini elan edib və bu, gurultulu alqışlarla müşayiət olunub.

Tarix
2018.05.25 / 21:04
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla