Yuxarı

Komissiya üzvləri Şeyx Cüneydi ziyarət etdilər - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin Şah İsmayıl Xətai Komissiyasının üzvləri - Şəmil Sadiq, İlqar İlkin və Vüqar Zifəroğlu Qusar rayonu Həzrə kəndində yerləşən Şeyx Cüneyd məqbərəsini ziyarət ediblər.

Kult.az xəbər verir ki, əsas məqsədi Şah İsmayıl Xətainin irsini araşdırmaq, təbliğ etmək olan komissiya artıq bir ildir ki fəaliyyət göstərir. Komissiyanın dəstəyi ilə bu yaxınlarda “Böyük adam olmuş uşaq - Şah İsmayıl Xətai” kitabı, “Azərbaycan Səfəvi-Qızılbaş imperiyası” məlumat kitabçası da nəşr olunub.

AYB-in Şah İsmayıl Komissiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirib ki, Şah İsmayıl Xətainin babasının türbəsini ziyarət etməkdə əsas məqsəd Səfəvilərin yadigarı olan bu abidənin vəziyyəti ilə yaxından tanış olmaq, onun varlığını bir daha gənc nəsillərə təbliğ etməkdən ibarətdir:

"Hesab edirəm ki, bu abidə ölkə əhəmiyyətli olmasına baxmayaraq, tariximizi təbliğ, eləcə də turizmin inkişafı baxımından olduqca faydalıdır. Biz gələcəkdə tariximizin bir parçası olan abidəyə vaxtaşırı ziyarətlərin təşkil olunmasını da nəzərdə tuturuq. Ümid edirəm ki, yerli icra orqanları da bölgənin, turizmin inkişafı üçün maraqlı olmalıdırlar. Dünyada türizmin inkişaf etdiyi ölkələrə nəzər salanda görürük ki, bu ölkələr daha çox tarixdən, tarixi abidələrin olmasından yararlanırlar. İnanıram ki, XVI əsrə aid Səfəvi yadigarı olan Şeyx Cüneyd məqbərəsi də yaxın gələcəkdə gənclərimizin, eləcə də ölkəmizə qonaq gələn turistlərin üz tutduğu bir məkan olacaqdır".

Komissiya sədri bildirib ki, sovetlər zamanında türbəyə olan laqeyd münasibət nəticəsində türbə yararsız vəziyyətdə olub:

"Lakin bir neçə il əvvəl türbə təmir olunub və ziyarətçilərin üzünə açılıb. Hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən tarixi və mədəniyyət abidəsi kimi qoruma altındadır. Bu gün görürük ki, türbənin bəzi yerlərində yenidən bərpa işlərinə ehtiyac yaranıb. Ümid edirik ki, yaxın vaxtlarda bu abidənin tarixi görkəmi Səfəvilərin ruhuna uyğun yenidən bərpa olunacaqdır. Bu dövlətçilik ənənələrimizə, Azərbaycan mədəniyyətinə, tarixinə, eyni zamanda Şah İsmayıl irsinə sahib çıxmaq baxımından da olduqca vacibdir".

Tarix
2018.05.25 / 23:12
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla