Ana səhifə Kult |
Əməkdaşımız gitara ustası Rəmişlə söhbət edib. Söhbət sayta yerləşdirilmək üçün hazırlanır. Müsahibədə yer alan maraqlı məqamlardan birini təqdim edirik.
- Bəs sizə nə vaxt fəxri ad verəcəklər?
- Öləndən sonra. Ancaq bu fəxri adı mənə ölümümdən sonra vermələrini istəmirəm. Axı bir də Rəmiş doğulmayacaq. Mənə sağlığımda qiymət verin.
17 il səhnədən küsüb getdim, dedilər, səhnə sənsiz yetim qalıb, dön geriyə. Məni mən yox, barmaqlarımın sehri geri qaytardı. Gözlərimi yumub, gitara ilə bir anlıq dərdləşdim. Dünyanın gərdişindən sual verib, cavab aldım. Barmaqlarımdan çıxan həzin musiqi insanları ovsunladı, bəzən üsyankar ritmlərlə tamaşaçılarımı düşmən üstünə səslədim. Bir əlim ilə gitara, bir əlim ilə piano, ayaqlarım ilə zərb çalıb möcüzə göstərirdim. Ancaq bu ifalarım bir fəxri ada, Prezident təqaüdünə dəymədi. Zamanında maşınımda əlim ilə nanay çalıb oynatdığım gözəllər indi fəxri ad alıb məni saymır. Budur ədalət?
Bir-birindən ilginc fikirlərlə zəngin olan müsahibəni gözləyin.
Tarix
2013.11.29 / 12:47
|
Müəllif
Aysel
|