Yuxarı

Bakıda ABŞ-ın müstəqilliyi qeyd edildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 4-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 242-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

Kult.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam R.Qill çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə də toxunub. Qeyd edib ki, həm ABŞ, həm də Azərbaycan xalqı tarixi və əsas dəyərləri ehtiramla yad etməyin bizə cəmiyyət olaraq davam etməyə, istədiyimiz yolu müəyyənləşdirməyə imkan verdiyini bilir. “ABŞ müstəqil, sabit çiçəklənən Azərbaycanı dəstəkləməyə davam edir və əminəm ki, birgə işləyərək hər kəsə yaxşı gələcək qura bilərik və quracağıq”, - deyə U.R.Qill əlavə edib.

Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov Azərbaycan hökuməti adından ABŞ xalqını müstəqillik günü münasibətilə təbrik edib. Qeyd edib ki, ölkələrimiz arasında əlaqələr hər iki dövlətin maraqları çərçivəsində inkişaf edir.

Bu gün Azərbaycanın ABŞ-ın beynəlxalq antiterror fəaliyyətinə dəstək verdiyini xatırladan nazir deyib: “ABŞ da öz növbəsində Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji layihələrinə həmişə güclü dəstək verib. Azərbaycan tərəfi Prezident Donald Trampın ölkəmizə münasibətini və ABŞ-ın Azərbaycandakı böyük enerji layihələrinin reallaşdırılmasına dəstəyini yüksək qiymətləndirir. Biz ABŞ-la əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə əminik”.

S.Şərifov dövlətimizin başçısının fikirlərindən sitat gətirərək deyib: “Prezident İlham Əliyevin də dediyi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ATƏT-in həmsədri kimi ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik”.

Tarix
2018.07.04 / 21:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla