Yuxarı

Bakıda soyqırımlarla bağlı beynəlxalq mərkəz işə başladı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya tarixçilərinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun nəzdində türk-müsəlman xalqlarına qarşı soyqırım problemi ilə əlaqədar beynəlxalq əlaqələndirmə mərkəzi fəaliyyətə başlayıb.

İnstitutdan Kult.az-a verilən məlumata görə, bunu institut direktoru, akademik Yaqub Mahmudov Elmi Şuranın iclasında deyib. Yaqub Mahmudov bildirib ki, soyqırımla bağlı əlaqələndirmə mərkəzinin yaradılması barədə qərar “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımlar və deportasiyalar” mövzusunda Qusarda keçirilən V Beynəlxalq elmi konfransda qəbul olunub:

“Prezident İlham Əliyev soyqırım probleminə həsr olunmuş beynəlxalq elmi konfransların fəaliyyətini həmişə diqqət mərkəzində saxlayır və konfrans iştirakçılarına ənənəvi müraciət məktubları ünvanlayır. Soyqırım problemini daha dərindən araşdırmaq üçün dünyanın müxtəlif ölkələrindən olan alimlərin tədqiqatlarının əlaqələndirilməsi zəruridir”.

Elmi Şuranın qərarına əsasən, mərkəzdə soyqırım və deportasiyalar problemi üzrə tədqiqatlar aparan tanınmış mütəxəssislər fəaliyyət göstərəcək. Akademik deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədləri ermənilərin törətdikləri soyqırımları ifşa edən əvəzolunmaz tarixi mənbədir. Mərkəz dünyanın, o cümlədən türk-müsəlman ölkələrinin soyqırımlar və deportasiyalarla məşğul olan tədqiqatçıları arasında səmərəli elmi əlaqə yaradacaqdır.

Tarix
2018.07.19 / 22:11
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla