Yuxarı

Moldova prezidentindən Bakıya jest - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Moldovaya səfər edib.

Mərkəzdən Kult.az-a bildiriblər ki, səfər çərçivəsində Moldova Prezidenti İqor Dodon qurumun baş katibi Rövşən Muradovu qəbul edib. Görüşdə mərkəzin fəaliyyəti, gələcək planları, Bakıda keçirilmiş VI Qlobal Forumla bağlı müzakirələr aparılıb. Mərkəzin Moldovada fəaliyyətinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflərə dair fikir mübadiləsi aparılıb.

Moldova Prezidenti mərkəzin son illərdə həyata keçirdiyi layihələrin əhəmiyyətini yüksək qiymətləndirib. Təşkilatın qısa vaxt ərzində beynəlxalq əlaqələrini genişləndirməyə nail olmasının təqdirəlayiq olduğunu vurğulayan İqor Dodon mərkəzin təşəbbüslərinin dünyada sülhün, təhlükəsizliyin, mədəniyyətlərarası dialoqun möhkəmlənməsində xüsusi önəm kəsb etdiyini vurğulayıb.

Görüşdə Moldova Prezidentinə Mərkəzin həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib, VI Qlobal Bakı Forumunun hesabatı təqdim olunub. Bildirilib ki, Mərkəzin fəaliyyətində əsas prioritetlərdən biri qlobal problemlərin həllinə xidmət edən ideya və təşəbbüslərin dəstəklənməsidir. Qeyd olunub ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Moldova ilə əməkdaşlığa xüsusi önəm verir.

Tarix
2018.07.21 / 21:46
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla