Yuxarı

Antalyada Ağdamla bağlı sərgi – Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Antalya Qəzetçilər Cəmiyyəti Türkiyənin ən böyük turizm bölgəsi olan Antaliyada Ağdam rayonunun işğalçı Ermənistan tərəfindən işğal olunmasının 25-ci ildönümündə rəsmi İrəvanın bu qədim bölgəmizdə tarixi-mədəni abidələrə qarşı törətdiyi vandalizm aktlarını özündə əks etdirən foto-sərgi açıb.

Kult.az xəbər verir ki, tədbirdə beynəlxalq ictimaiyyətə çağırış da səsləndirilib. Antalya Qəzetçilər Cəmiyyəti başqanı Mövlud Yeni bildirib ki, qədim Ağdam bölgəsinin hələ də Ermənistanın işğalı altında olması və işğalçıların orada tarixi-mədəni abidələrimizə qarşı həyata keçirdikləri vandalizm aktları Azərbaycan qədər Türkiyəni də narahat edir:

“Bu həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün Türkiyə KİV-ləri fəallıqlarını daha da artırmalıdırlar. Antalya Qəzetçilər Cəmiyyəti hər zaman Azərbaycanla bağlı məsələlərə, Qarabağ probleminə çox həssas yanaşıb və bundan sonra da yanaşacaq. Ağdamın işğalı günündə bu sərgi və tədbirlə bütün dünyaya səslənirik: Bu işğala biganə qalmayın! Ermənistanın törətdiyi vandalizm aktlarına qarşı etiraz səsinizi yüksəldin”.

Sərginin açılışında və tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva məlumat verib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam rayonunun çox hissəsi işğal edilərək talan olunmuş və dağıdılmışdır. Rayonun əhalisinin çoxu məcburi köçkün kimi respublikanın 62 rayon və şəhərində məskunlaşmışdır.

Təcavüzkar Ermənistan dövləti BMT Təhlükəsizlik Şurasının ərazilərin qeyd-şərtsiz azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnaməsinə, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına məhəl qoymur. Qeyd olunmuşdur ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər görmüşdür. Təkcə Ağdamda məcburi köçkünlər üçün 17 qəsəbə salınmışdır.

Tədbirdə jurnalistlərə Ağdamın işğaldan əvvəlki və sonrakı görüntüləri əks olunmuş “Qafqaz Xirosiması” filmi barədə danışılmış, işğalçı Ermənistanın dağıtdığı tarixi-mədəni abidələrlə bağlı geniş məlumatlar verilmişdir.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətlə bağlı danışan millət vəkili Qənirə Paşayeva deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransa münaqişənin həll edilməsi üçün təəssüf ki, heç bir addım atmırlar. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını daşıyan ATƏT MQ həmsədrlərinin Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərməməsi Ermənistanın bölgədə daha da həddini aşmasına və vəziyyəti daha da gərginləşdirən təxribatları davam etdirməsinə səbəb olur. Millət vəkili Ermənistanın neçə aylardır girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevdən də danışıb. Azərbaycan həqiqətlərinin həm Türkiyədə insanlara, həm də bütün dünyaya yayılmasında Türkiyə KİV-lərinin də üzərinə böyük missiya düşdüyünü deyən Qənirə Paşayeva medianı bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb.

Millət vəkili media təmsilçilərini maraqlandıran sulları da cavablandırıb və televiziyalara geniş müsahibələr verib. Tədbirin sonunda Antalya Qəzetçilər Cəmiyyəti adından Qənirə Paşayevaya plaket təqdim olunub.
M.Yeniyə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB adından Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında roluna, Qarabağ həqiqətlərinin yayılmasında dəstəyinə görə mükafat təqdim edilib.

Tarix
2018.07.23 / 21:29
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla