Yuxarı

Riyaziyyatın ən ali mükafatı paylandı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rio-de-Janeyroda keçirilən Beynəlxalq Riyaziyyat Konqresində Filds mükafatının builki qaliblərinin adları açıqlanıb.

AMEA-dan Kult.az-a bildiriblər ki, Kauşer Birkar (Kembric Universiteti) polinomial tənliklərin müxtəlif növlərinin təsnifatı üzrə bu mükafata layiq görülüb. O, belə tənliklərin sonsuz müxtəlifliyinin sonlu sayda qruplara bölündüyünü sübut edib.

İtaliyalı Alessio Fiqalli (İsveçrə Ali Texniki Məktəbi) optimal nəqliyyat problemləri sahəsindəki nailliyyətlərinə, almaniyalı Peter Şolce cəbri həndəsəyə verdiyi töhfələrə, Akşay Vankateş (ABŞ, Prinston Perspektiv Tədqiqatlar İnstitutu) isə ədədlər nəzəriyyəsi, dinamikası və topologiyası sahələrindəki xidmətlərinə görə mükafatlandırılıblar.

Qeyd edək ki, Filds medalı Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən dörd ildən bir keçirilən Beynəlxalq Riyaziyyat Konqresində yaşı 40-dan çox olmayan iki, üç və ya dörd riyaziyyatçıya verilən mükafatdır.

Mükafat 1924-cü ildə Kanadanın Toronto şəhərində keçirilən I Beynəlxalq Riyaziyyat Konqresinin prezidenti, Kanada riyaziyyatçısı Con Çarlz Fildsin şərəfinə adlandırılıb. 14 karatlıq qızıldan hazırlanan mükafatın məbləği 15 min Kanada dollarıdır.

Bu medal riyaziyyat sahəsində ən nüfuzlu mükafatlardan biri hesab olunur. Riyaziyyat üzrə həm Filds mükafatına, həm də riyaziyyatçılara verilən Abel mükafatına bəzən “riyaziyyatçıların Nobel mükafatı” deyirlər.

Tarix
2018.08.02 / 17:57
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla