Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Oktyabr 2018


YUNESKO-dan Gənclər Günü ilə bağlı - Müraciət

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

YUNESKO-nun baş direktoru Odri Azule 12 avqust - Beynəlxalq Gənclər Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib.

Kult.az YUNESKO-nun rəsmi saytına istinadən xəbər verir ki, bu il Beynəlxalq Gənclər Günü “Gənclər üçün təhlükəsiz məkanlar” mövzusuna həsr olunur.

Odri Azulenin müraciətində şəxsiyyətin formalaşmasında gənclik dövrünün mühüm mərhələ olduğu qeyd edilir. Bildirilir ki, “Gənclər üçün təhlükəsiz məkanlar”a zəmanət vermək şəxsiyyətin hərtərəfli inkişafına şərait yaratmaq, gənclərin öz potensialını ortaya qoyması üçün onlara etimad göstərmək, onlarda özünüdəyərləndirmə keyfiyyətini aşılamaq deməkdir. Sözün geniş mənasında, bu cür məkanlar deyəndə gənclərin bir-biri ilə əlaqə qurması üçün istənilən yer və mühit başa düşülür. Söhbət, ilk növbədə, məktəb, lisey və universitetlər kimi təhsil ocaqlarından gedir. Bu cür məkanlara, həmçinin istirahət və idman yerləri, gənclərin özlərini vətəndaş kimi göstərə biləcəyi ictimai mühit daxildir. Eləcə də gənclərin erkən yaşlarından fəal şəkildə istifadə etdikləri virtual rəqəmsal məkanı və sosial şəbəkələri yaddan çıxarmaq olmaz. Bu məkanlarda cinsi, mədəni, dil və dini mənsubiyyətindən asılı olmayaraq sosial sərhədlər aradan qaldırılmalı, fikrin sərbəst şəkildə ifadə edilməsinə, hər kəsin ləyaqətinə hörmət bəslənilməsinə zəmanət verilməlidir. Diskriminasiyalara, təqiblərə, gizli və ya açıq zorakılığa qarşı mübarizə aparmaq olduqca vacibdir.

YUNESKO-nun baş direktoru müraciətində vətəndaş cəmiyyətlərini, sahibkarlıq fəaliyyəti nümayəndələrini gənclərin öz potensialını ortaya qoyması, gənclərə xas müstəsna keyfiyyətlərin, təşəbbüskarlığın üzə çıxarılması məqsədilə onlarla qarşılıqlı əlaqələrin yeni formaları üzərində düşünməyə çağırıb.

Tarix
2018.08.09 / 23:49
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

“Virtual Qarabağ” yeni versiya ilə gəlir

Mehriban Əliyeva MDTU-nu təbrik etdi

Almaniyada tələbə harada və necə yaxşı yaşaya bilər?

Bakıda bu restorana parolsuz daxil olmaq mümkün deyil - Video

Aida İmanquliyevanın məzarı ziyarət edildi - Foto

Soydaşımızdan Ukraynada böyük uğur

Kampaniya davam edir: məktəblərin girişində... - Foto

İsveçrədə "Qarabağ" adlı məktəb açıldı - Foto

8 yaşlı qızdan nadir tapıntı: 1500 il öncəyə aid... - Foto

Sovetin məktəbli formaları niyə qulluqçu geyiminə bənzəyib?

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla