Yuxarı

Piboztəpə antik dövr nekropolunda yeni - Tapıntılar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lerik rayonunun Gürdəsər və Kiravurd kəndlərinin inzibati ərazisinə daxil olan abidələrdə antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasının apardığı tədqiqatlar iyulun 31-də başa çatıb.

İnstitutdan Kult.az-a verilən məlumata görə, arxeoloji qazıntılar zamanı Gürdəsər kəndinin inzibati ərazisinə daxil olan Piboztəpə antik dövr nekropolunda 27 qəbir tədqiq olunub. 2012-ci ildən ərazidə başlanmış arxeoloji tədqiqatlar nəticəsində Piboztəpədə bu günədək ümumi 190 qəbir aşkar olunmuşdur ki, bunlardan 170-i antik dövrə aiddir. Qəbirlər səciyyəvi cəhətlərinə görə e.ə. V-III əsrlərə aiddir. ABŞ-ın elmi laboratoriyalarında aparılmış radiokarbon analizlərin nəticələri də bu tarixi təsdiqləyir.

Antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli bildirib ki, aşkar olunmuş məzarlar müxtəlif formadadır. Qəbirlərdəki ölülər bükülü vəziyyətdə, sağ və ya sol böyürləri üstə dəfn ediliblər. Dəfn edilənlərin yanlarında silahları, qılıncları, bıçaqları və nizələri qoyulub. Bundan əlavə, qəbirlərdə müxtəlif bədii tərtibatlı saxsı qablar da aşkarlanıb. Bu saxsı qabların bəziləri heyvan formasındadır ki, bu da xüsusi ayinlərlə əlaqədardır. Dəfn edilənlərin üzərindən şəxsi əşyaları, tunc və gümüşdən bəzək əşyaları, müxtəlif tərkibli muncuqlar da tapılıb.

C.Eminli əlavə edib ki, 2016-cı ildən antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasına amerikalı mütəxəssislər də dəvət olunub. Artıq üçüncü ildir ki, ekspedisiya beynəlxalq statusda fəaliyyət göstərir. Xarici mütəxəssislər insan və heyvan sümüklərinin araşdırılması üzrə antropoloji tədqiqatlar və ətraf ərazilərdə abidələrin varlığını müəyyən etmək üçün xəritələşmə işləri aparırlar.

Tarix
2018.08.13 / 01:25
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla