Ana səhifə Kult |
Azərbaycandan olan məşhur rus jurnalist və bloger Vyaçeslav Sapunov Bakının 1942-ci ildə faşist Almaniyasının “Yunkers” Ju-88 kəşfiyyat təyyarəsinin göyərtəsindən çəkilmiş unikal kadrlarını yayıb. Fotolar alman bundesarxivindən götürülüb.
V.Sapunov 1news.az-a bildirib ki, həmin fotoları ona Bakının tarixinin tədqiqatşısı, hazırda İsraildə yaşayan Vladimir Koqan təqdim edib.
“Fotolardan göründüyü kimi, alman kəşfiyyatçıları havadan həm Bakının mərkəzini, həm neft yataqlarını, hərbi aerodromları çəkiblər. O cümlədən, 1942-ci ildə indiki Heydər Əliyev prospektinin yaxınlığında yerləşən hərbi aerodromu. Həmin aerodroma ABŞ-ın lend-liz proqramı çərçivəsində göndərdiyi yardımları daşıyan təyyarələr enirdi.
Kadrlarda habelə 193 saylı orta məktəbin binası, 1925-ci ildə tikilmiş 66 saylı məktəb görünür. Xüsusən Bakının mərkəzi aydın düşüb. Bir çox fotolarda mühüm obyektlər görünür. Bunlar möhtəşəm tarixi fotolardır”, - Sapunov deyib.
Tarix
2018.08.15 / 20:30
|
Müəllif
Kult.az
|