Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Dekabr 2017


Məni ancaq “Tarqovu”da tanıyırdılar – Yubiley

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün sevimli aktyorumuz İlqar Cahangirin 45 illik yubileyidir. İlqar bəy 1967-ci ildə Ceyranbatan qəsəbəsində anadan olub.

İlqar bəy indi "Sonuncu fəsil" adlı teleserialda çəkilir. Eyni zamanda Elmin Bədəlovun yaratdığı "Oda" teatrında da tamaşalar səhnələşdirirlər.

İlqar bəylə adi söhbətlərimiz belə çox səmimi, maraqlı olur. Bu dəfə söhbətə elə "Oda" teatrı mövzusuyla başladıq.

"Oda" teatrını yaratmaqda məqsədimiz

"Uşaqlar öz maaşlarından pul qoyub yer tutdular. Sonra ssenarilər tapdıq, uyğun olanları, ənənəvi olmayanları seçib tamaşaya qoyuruq. "Oda" belə yarandı...

Bu gün dünyanın hər yerində belə teatrlar var. Azərbaycanda da belə bir fərqli teatrın olmağını istədik. "Oda" teatrını yaratmaqda məqsədimiz cəmiyyətdə, ictimaiyyətdə baş verən hadisələrə biganə qalmamaq, bu mövzuda tamaşaçılara günümüzün reallığını göstərməkdir.

Klassika olmalıdır, oxunmalıdır, amma niyə günümüzün mövzuları işlənilməsin, real həyat hadisələri səhnədə oynanılmasın?! İctimai hadisələrə, ailə-məişət, ümumiyyətlə, cəmiyyətə yaxın mövzularda tamaşalar hazırlamaq istəyirik.

22 illik teatr fəaliyyətimdə məni ancaq "Tarqovu"datanıyırdılar, amma 2 illik teatr fəaliyyətimdə "Tarqovu"dan başqa hər yerdə tanıyırlar.

Seriala da çəkilirəm. Maddi cəhətdən də təmin olunmaq lazımdı. Həm də bir az publikaya işləmək lazımdı (gülür). Səmimi deyim, 22 illik teatr fəaliyyətimdə məni ancaq "Tarqovu"datanıyırdılar, amma 2 illik teatr fəaliyyətimdə "Tarqovu"dan başqa hər yerdə tanıyırlar. Hərdən xoş gəlir bu məşhurluq, hərdən də sıxılıram, çəkinirəm. Amma bu sıxılmaq qətiyyən sadə olmağım, ictimai nəqliyyatdan, metrodan istifadə etməyimdən qaynaqlanmır. Tamaşaçıların münasibəti hər yerdə çox yaxşıdı mənə. Maraqlıdır ki, oynadığım mənfi obrazlar da sevilir.

Aktyor mütləq Universitet bitirməlidir

Oktyabrdan İntiqam Hacılının təklifiylə "Pero Production"ın təşkil etdiyi Kino Atelyesində aktyorluq kursunda dərs deyirəm. Aktyorluq kursları çox olmalıdır. Bizdə belə bir yanlış fikir var ki, aktyor mütləq Universitet bitirməlidir, aktyor mütləq dövlət teatrlarında işləməlidir, aktyor mütləq boy-buxunlu, yaraşıqlı olmalıdır. Bizdə belə yanlış fikirlər var. Dünya kino-teatrında belə şeylər yoxdu.

Yaxşı gənclər var, istedadlı, başqa sahədə təhsil alıblar. Kurs keçməklə gözəl aktyor ola bilirlər. Aktyor təkcə dövlət yox, özəl teatrlarda da çalışa bilər. Gürcüstanın özündə belə teatrlar doludur. Bir dəfə İntiqam Hacılı ilə belə söhbətimiz də düşdü, dedim, elə yaxşı aktyorlar var ki, kurs keçib televiziyaya, teatra gediblər. Hətta Kino Atelyesində ilk dəfə ayrıca olaraq kurs şəklində İntiqam Soltan dərs deyib. Ondan sonra Kamran Yunisin, Qurban Məsimovun başqa məktəblərdə kursları başladı. Bu çox yaxşı prosesdir. Və İntiqamla söhbətimiz alındı, Kino Atelyesində aktyorluq kursu götürdüm. Hazırda dərslər davam edir.

Elmin deyir, sizi ictimai-siyasi xadim elədik, vahid namizəd də edəcəyik

İstedadla bərabər adamda istək olmalıdı. Aktyor olmaqçün güclü istək lazımdı. Özüm şahidiyəm ki, neçə-neçə aktyora "bundan aktyor olmaz" deyiblər, adam öz üzərində işləyib, zəhmət çəkib, çalışıb, mükəmməl aktyora çevrilib. Yaxşı aktyorlarımız çoxdur, daha çox bizdə ssenarist, rejissor problemi var. Var yaxşıları, amma onların çoxu öz yerində deyil. Bu gün Azərbaycanda çox az adam öz yerində deyil. Elə adamlara səlahiyyət verilir ki, onlar bu işi bacarmır, bacaran adamların da səlahiyyəti yoxdur.

İndi eşitmişəm Vidadi bəy, Pərviz bəy master-klaslar keçirlər. Çox sevindim. Belə dərslər hər teatrda olmalıdır. Peşəkar, yaxşı aktyorlar gənc nəsil aktyorlara dərs keçməli, məsləhətlər verməlidirlər.

Ardı olacaq...

1.Saray aktyorları kimlərdir?

2.Dövlətin kino sahəsinə ayırdığı milyonlar hara xərclənir?

3.Xalam oğlu zəng eləyib deyir ki...

4.İlqar Cahangirə sovet dövrü "Jiquli Vaz 2105" avtomobilini kim təklif edib?

5.İlqar bəyin əsl Azərbaycanlı standartlarına uyğunluğu nədədir?

Tarix
2013.11.30 / 22:10
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
loading...
Digər xəbərlər

Ermənilər azərbaycanlı lideri Yevlaxda necə öldürdü?

ABŞ-da dünyanın ən etibarlı evi tikildi - Foto

Bakı Qafqazın ən gözəl şəhəridir - Skaylayf

İngiltərə kraliçasının pulları Türkiyədə tapıldı – Foto

“Qarabağ”dan Qarabağa: izi itmiş yollara... – Foto

Faciədən başlayan doğmalıq – O illərə dönüş...

Bu tarixdə Dillər Universitetini tələbə idarə edəcək

Ermənistanın yaranmasını yarım əsr gecikdirən sultan - Video

PKK terrorçuları alman jurnalında - Foto

Otaq temperaturunu qoruyan pərdələr - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla