Yuxarı

Boşanmaq istəyənlərə qəribə cəza: 6 həftə ərzində...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qədim zamanlarda Transilvaniyada evli insanlara ayrılmamaq üçün tətbiq edilən üsullar eşidənlərin təəccübünə səbəb olur.

Publika.az xəbər verir ki, bu üsullar qorxunc səslənsə də, insanların evliliklərini xilas etməsi üçün işə yarayıb.

Ruminyada yerləşən Transilvaniya bölgəsində YUNESKO-nun Dünya Mirası siyahısına salınan, saksonlara aid yeddi kənd mövcuddur. Biertan kəndi də bunlardan biridir. Burada yerləşən kilsənin həyətində 300 il yaşı olduğu iddia edilən bir otaq var. Keçmişdə keşişlər bu otağı qəribə məqsədlə istifadə edirmiş.

Belə ki, bir-birilə yola getməyən evli cütlüklər 6 həftə boyunca bu otaqda qalırmış. Bu üsulla boşanmaq istəyən cütlüklər qərarlarından vaz keçirmiş. İddialara görə, otağın 300 illik istifadə müddəti ərzində sadəcə bir boşanma hadisəsi qeydə alınıb.

Hazırda muzey kimi istifadəyə verilən otaqdakı əşyalar bir nəfəlik yataq, masa və kiçik bir sandıqdan ibarətdir.

Transilvaniyada məskunlaşan saksonların dini inancı Lüterçi Protestant Xristianlığı olub. Bu din bəlli şərtlər çərçivəsində boşanmağa icazə versə də, cütlüklərin boşanmasının qarşısını almağı daha üstün tutub. Kilsənin həyətində yerləşən bu otaq da həmin cütlüklərin barışması üçün nəzərdə tutulub.

Biertan kilsəsinin hazırki keşişi ənənə haqqında bunları deyib:

“Çox güman ki, keçmişdə evlənən insanlar bir-birilərinə sevgi ilə bağlanmırdılar. Onların tək məqsədi işləmək və həyatda qalmaq mübarizəsi olub. Cütlüklərin 6 həftə müddətində bu otaqda kilidlənməsi bir il sonrası üçün qida toplamasına imkan verməyib. Bu səbəbdən boşanmaq istəyən cütlüklər bir an öncə barışıb öz normal həyatlarına geri qayıdıblar.

Modern ailələrdə insanlar bir-birilərinə çox az vaxt ayırırlar. Yəni, biz bu laqeydliyi nəsillərimizdən miras almışıq. Buna görə bizim üçün nəyin yaxşı olduğuna qərar vermək və bizi bir arada saxlayan şeyləri bilmək üçün daha çox dialoqa girməyə ehtiyacımız var”.

Tarix
2018.08.18 / 00:32
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla