Yuxarı

Vüqar Məmmədov bu qurumun I vitse-prezidenti seçildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin paytaxtı Təl-Əviv şəhərində 24-cü Dünya Tibbi Hüquq konqresi keçirilib.

Kult.az xəbər verir ki, tədbir Dünya Tibbi Hüquq Assosiasiyası (DTHA) tərəfindən İsrailin Səhiyyə Nazirliyi və Təl-Əviv Universitetinin dəstəyi ilə “Dan Telaviv” otelində təşkil olunub. Konqresdə məhkəmə təbabəti və tibbi hüququn məhkəmə-tibbi ekspertizası, pasiyent hüquqları və pasiyent təhlükəsizliyi, səhiyyə qanunvericiliyi və tibbi etika, bioetika və insan haqları, ictimai səhiyyə və ekoloji etika, genetika, etika və hüquq, reproduktiv texnologiyaların hüquqi və etik məsələləri, eləcə də digər aktual elmi və praktiki problemləri müzakirə olunub.

2012-ci ildən etibarən Assosiasiyanın İdarə Heyətinin üzvü və vitse-prezidenti olan Azərbaycanlı alim, Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının professoru, YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun rəhbəri Vüqar Məmmədov Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti və İcraiyyə Komitəsinin 4 üzvündən biri seçilib.

Təşkilatın prezidenti, prof. Tomas Noquçi həmyerlimizi, həmçinin, Assosiasiyanın Təhsil komitəsinin rəhbəri təyin edib. Həmin komitə Böyük Britaniya, Kanada, Belçika, Peru, Avstraliya, Nigeriya, İsrail və Rusiyadan olan alimlərin iştirakı ilə dünyanın bir çox ölkələrində tibbi hüquq və bioetika sahəsində təhsil proqramlarının inikişafına, həkim və tibb işçilərinin hüquqi və etik hazırlığının yüksəlməsinə aid layihələr həyata keçirir. 2019-cu ildən prof. V.Məmmədov Haaqada BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində DTHA-nı və ölkəmizi təmsil etməyə səs toplamışdır.

Xatırladaq ki, DTHA 1967-ci ildə Belçikada tibbi hüquq sahəsində multikultural və fənnlərarası problemlərin tədqiqatı məqsədilə hüquq və məhkəmə təbabəti üzrə bir qrup tanınmış mütəxəssis tərəfindən yaradılıb. BMT-nin YUNESKO, Ümumdünya Səhiyyə Təşkilatı (WHO), Beynəlxalq Cinayət Məhkəməsi (İCC) və bir çox milli peşəkar assosiasiyalarla əməkdaşlıq edir. Təşkilatın qərargahı ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir.

23-cü Dünya Tibbi Hüquq Konqresi ötən il Paşa Travel və Türk Hava Yolları şirkətlərinin dəstəyi ilə Bakıda, JW Marriott Absheron otelində keçirilib.

25-сi Dünya Tibbi Hüquq Konqresi 2019-cu ilin 06-08 avqust tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcəkdir.

Tarix
2018.09.14 / 19:58
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla