Yuxarı

İran Xəzərin adını dəyişir, yenə də türk adı qoyur...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə İran Xəritəçəkmə Təşkilatının rəisi Məsud Şəfi Xəzər dənizinin tarixi adının dəyişdirilməsi ilə bağlı plan üzərində çalışdıqlarını bildirib. O, daxili xəritələrdə “Xəzər”in yerinə “Kaspiyən” adından istifadə olunacağını qeyd edib.

Məsələ ilə bağlı Kult.az-a danışan filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Nəsir Əhmədli bildirib ki, alimlər "Kaspi"nin "Xəzər" sözünün Qərb dillərindəki dəyişmiş forması olduğunu hesab edirlər:

"Kaspi" “Qafqaz” sözündəki "Qaf"la bağlıdır. Rza Nur və başqa alimlər dənizin adının xəzər tayfasının adından yarandığını bildirirlər. Xəzərlər qədim türk tayfalarından biri olub. Bu sözlərin mənası haqqında dəqiq məlumat yoxdur. “Kaspi” isə “Qafqaz dənizi” anlamına gəlir. Mərhum dilçi professor Ə.Dəmirçizadənin “qaf” (Qaf dağı) və "kas" (Kaspi) sözlərinin qohumluğu haqqında mülahizəsi var. "Qafqaz"ı "qartal" sözü ilə bağlayanlar da var (Quzğun dənizi). Bundan başqa, Xəzər dənizi Dərbənd dənizi, Quzğun dənizi, Həştərxan dənizi, Göygöz dəniz və s. adlarla da tanınıb”.

AMEA Dilçilik İnstitutunun böyük elmi işçisi Şahlar Məmmədov isə qeyd edib ki, “xəzər” kimi, “kaspi” sözü də Azərbaycan tayfalarının adından götürülüb:

“Kaspi” sözünün kökündə kas tayfaları durur. Bu tayfanın adı Azərbaycan sözünün kökü ilə bağlı məsələdir. Azərbaycan sözünün kökü “az”ın səslənməsi “kas”a çevrilir. Bir çox tədqiqatçı bildirir ki, “Kaspi” etnonimindəki -pi komponenti elam dilində cəm bildirən şəkilçi sayılır. Yəni Kaspi - kas tayfalarının məskunlaşdığı yer. Amma məsələn, Firuddin Ağasıoğlunun fikrinə görə, “pi” “bay” sözü ilə bağlıdır. Biz isə o fikirdəyik ki, “pi” “bi” sözü ilə bağlıdır. Lolubi, Kaspi və bir çox toponimdə “bi”-“pi” fonetik əvəzlənməsi baş verir. Bu da öz növbəsində Azərbaycan sözünün adında qorunub saxlanan “bay” sözü ilə bağlıdır.

Bəzi türk dillərində də “bay” “bi” formasında işlənir. Məsələn, “Xəzərbican” sözü buna nümunə ola bilər. Deməli, “bi” “bay” ilə bağlıdır. Ona görə də bunlar arasında etimoloji baxımdan bağlılıq var”.

Ş.Məmmədov onu da vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev bu dənizin adının dəyişdirilməsinə o vaxt etiraz etmişdi:

“O vaxt Ümummilli lider Heydər Əliyev İranda səfərdə olarkən Xəzər dənizinin “Mazandaran gölü” adlandırılmasına haqlı olaraq etiraz edib. “Kapsiyən”i ümumi ad kimi işlətmək mümkündür. Amma “Kaspi” adlanması belə yenə də türk tayfaları ilə bağlıdır. Xəzər Azərbaycana məxsusdur, baxmayaraq ki, 5 dövlət arasında kəsişir. Amma kaspi tayfasının adından gəlib. Bu da Azərbaycan tayfasıdır.

Düzdür, indi bu tayfa adını da bir çox tədqiqatçı başqa etniklərə bağlamağa çalışır. Hazırda o tayfaların fars və ya türk dillərində danışması ilə bağlı mübahisəli məsələlər var. Amma bizim tədqiqatçılar hesab edir ki, kaslar birmənalı şəkildə türk tayfaları olublar. Ona görə də Xəzərin adının Kaspi, Kaspiyən şəkildə işlədilməsi bu dənizin türk adını əlindən almır, əksinə, möhkəmləndirir”.

Tarix
2018.09.19 / 08:45
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla